Yuxarı

Yaxın Şərqdə yaşamaq üçün ən əlverişli şəhərlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin “Nəşınl” ("The National") nəşri "Ekonomist İntelligens" (“The Economist Intelligence”) tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə istinadla bildirir ki, Dubay Yaxın Şərqdə yaşamaq üçün ən yaxşı şəhər hesab edilib.

Axar.az xəbər verir ki, tədqiqata görə, Melburn yeddinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri hesab olunub. Dubay isə reytinqdə Yaxın Şərq üzrə ən yüksək mövqeyi, ümumi siyahıda dünyanın 140 ölkəsi arasında 74-cü yeri tutub.

Yaxın Şərq və Şimali Afrika regionlarında Dubaydan sonra ikinci yerdə Təl-Əviv, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhəridir.

Tədqiqatda Dubaya verilən 74,7 faiz qiymət qlobal orta baldır və şəhərin qazanc baxımından ikinci səviyyədə olduğunu göstərir. Bu o deməkdir ki, şəhərdə gündəlik həyat tərzi qaydasındadır, lakin bəzi cəhətlər problem yarada bilər. Ümumiyyətlə, son beş ildə Dubay həyat şəraitinin yaxşılaşdırılmasının inkişafı baxımından əhəmiyyətli dərəcədə irəliləyib. Sabitlik, təhsil, mədəniyyət və infrastruktur sahələrində şəhərin cəlbediciliyi artıb. Lakin hesabat müəlliflərinin fikrincə, tibb və təhsil sahələrində yerli sakinlərə və miqrantlara göstərilən xidmətin fərqli olması ümumi qiymətə təsir edib.

Reytinqdə sonuncu yerləri münaqişə zonalarında yerləşən Tripoli və Dəməşq şəhərləri tutur.

Tarix
2017.08.18 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədin müəyyənləşdirilməsinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla