Yuxarı

“Ermənistanla Türkiyə gizli anlaşıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə prezidenti "soyqırım"ın 100 illiyində İrəvana gedəcək və bununla da erməni-türk barışığının ikinci mərhələsi başlayacaq..."

"Serj Sərkisyan öz qarşısına ermənilərin "soyqırımı" məsələsini təzədən dərk eləmək və problemi başqa səviyyəyə çıxarmaq kimi bir məqsəd qoymayıb, ildönümü də öz nüfuzunu artırmaq üçün ucuz şouya çevirməkdən ötrü istifadə edir. Özü də elə bir zamanda ki, "genosid"in 100 illiyi toplumun konsolidasiyası üçün gözəl fürsət yaradır".

Bu barədə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan ilur.am saytındakı məqaləsində yazıb. Petrosyan Sərkisyanın bir sıra fikirlərinin narahatlıq doğurduğunu bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan müəyyən fasilədən sonra yenə yanlış olaraq "genosid"in beynəlxalq tanınma məsələsini xarici siyasətin məhək daşına çevirməyə cəhd edir. Sitat: "Belə mövqeyi effektlilik baxımından axıradək doğru hesablandığına əmin deyiləm, ələlxüsus da nəzərə alanda ki, "soyqırımı" ən çox ölkə məhz bu mövqedən Ermənistan hakimiyyəti imtina etdiyi dövrdə tanıyıb".

Türkiyə prezidentinin Ermənistana səfərə dəvət edilməsinə toxunan sabiq prezident deyib: "Şəxsən mən bunu cəsarət nümunəsi sayanlarla razı deyiləm, əksinə, o fikirləri bölüşürəm ki, dəvət üçüncü tərəfin vasitəçiliyi ilə Ermənistanla Türkiyə arasında anlaşmanın nəticəsidir. O üzdən istisna eləmirəm ki, Türkiyə prezidenti həqiqətən Ermənistana gələ və hətta "soyqırım" abidəsi önünə gül də qoya bilər. Bu il aprelin 23-də Türkiyə hökuməti adından ilk dəfə olaraq baş nazir Ərdoğan qətliam faktını etiraf elədi və hətta ölənlərin yaxınlarına başsağlığı verdi.

Odur ki, bu dövlətin rəhbəri əklil qoyma mərasimində iştirakdan hansısa rahatsızlıq hiss etməyəcək. Erməni tərəfi səfəri "genosidin" qismən tanınması kimi qiymətləndirə bilər, Türkiyə tərəfi isə bunu öz ölkəsinin vətəndaşlarının xatirəsinə sayğı kimi təqdim edəcək. Onu da qeyd edim ki, bu səfərlə erməni-türk barışığının ikinci mərhələsi başlayacaq - əgər əlbəttə ki, 100 illik ərəfəsində ikitərəfli təbliğat və antitəbliğat səfəri mümkünsüz edən etiraz dalğalarına gətirməsə..."

Qeyd edək ki, Sərkisyanın dəvəti ilə bağlı Azərbaycanda və Türkiyədə də siyasi-ekspert dairələrində bu qəbildən bənzər fikirlər səslənir. O sırada Sürix protokollarının təzədən gündəmə gətirilməsinin vacibliyi yönündə son vaxtlar Qərb diplomatlarının dilindən tez-tez açıqlamalar verilməkdə, təkliflər səslənməkdədir. Krım, Ukrayna böhranından sonra isə Türkiyəyə və Ermənistana ünvanlı belə mesajlar artıb. Aydındır ki, Petrosyan "üçüncü tərəfin vasitəçiliyi" deyəndə elə Qərb – əsasən ABŞ və Fransa nəzərdə tutulur.

Lakin rəsmi Ankara bir neçə dəfə bəyan edib ki, sərhədlərin açılması yalnız Qarabağ məsələsində real irəliləyiş olacağı, yəni Azərbaycanın işğal altındakı rayonlarından heç olmasa, bir neçəsi qeyd-şərtsiz azad ediləcəyi halda mümkündür. İrəvan isə Moskvanın qorxusundan hələ ki, bu mövqeyə yaxınlaşa bilmir. Ermənistanın Gömrük İttifaqına qoşulmasından sonra işğalçı ölkə daha qəliz duruma düşüb və onun müstəqil siyasət aparmaq imkanları minimuma enib.

İstənilən halda, Ter-Petrosyanın fikirlərində düşündürücü elementlər az deyil. Qalır gizli anlaşmaya qardaş ölkə rəsmilərinin reaksiyası. Ümid edək ki, türkdilli ölkələrin Bodrum zirvə toplantısında qardaş ölkə rəsmiləri bu xüsusda şübhələrə bir daha aydınlıq gətirəcəklər. /Musavat.com/

Tarix
2014.06.05 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla