Yuxarı

“G-7” Rusiya qarşısında 4 sərt tələb qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin iqamətgahı Brüsseldə toplanan "G-7" (Böyük 7-lik) liderləri Rusiya qarşısında 4 tələb qoyub.

Axar.az xəbər verir ki, tələbdə Rusiyanın Ukraynada keçirilən seçkiləri tanıması, Ukrayna sərhədlərindən rus hərbi qüvvələrinin çəkilməsinin başa çatdırılması, sərhəd ərazilərdə silahlanmanın dayandırılması və Ukraynada fəaliyyət göstərən separatçılara yardımın kəsilməsi göstərilir.

Liderlər Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğuna, ölkənin şərqində separatçılara dəstək verdiyinə və Krımın qeyri- qanuni yolla ilhaq etdiyinə görə qəti şəkildə pisləyib.

Onu da bildirək ki, "G-7" ölkələri ikinci mərhələdə Rusiyaya tətbiq olunan sanksiyaların 3-cü mərhələyə keçirilməsini dayandırıb. Əldə olunan razılığa əsasən, bu şərtlərə cavab verənədək Rusiyaya tətbiq edilən sanksiya qüvvədə qalacaq.

Görüşdən sonra mətbuat konfransı keçirdən Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putini və Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonu Fransaya dəvət edib.

Olland Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar barədə danışarkən hələ üçüncü mərhələnin tətbiqinə başlanmadığını bildirərək Almaniya Kansleri Angela Merkellə məsləhətləşmələrində hələ gözləmə mövqeyində olduqlarını dilə gətirib.

Tarix
2014.06.05 / 21:47
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla