Yuxarı

Türkiyədən Avropaya xəbərdarlıq: Avrasiyaya gedirik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin IV zirvə toplantısı zamanı Türkiyəni Avrasiya İqtisadi Birliyinə üzv olmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Nazarbayev toplantı zamanı Türkiyə üçün quruma üzvlük yolunun açıq olduğunu söyləyib: "Türkiyə və digər ölkələr gələcəkdə birliyə üzv ola bilər".

Qırğızıstan və Ermənistanın da quruma daxil olmaq üçün can atdıqlarını deyən Nazarbayev bir çox ölkənin də ticarət münasibətlərini inkişaf etdirmək istədiklərini söyləyib.

Arınc: "Avrasiyada ola bilərik"

Nazarbayevin bu çıxışından sonra Türkiyə baş nazirinin müavini Bülənt Arınc maraqlı fikirlər səsləndirib.

Bülənt Arınc Varşavada Natolin Avropa Kollecində təşkil olunan "Qlobal sınanmalar qarşısında Avropa Birliyi və Türkiyə" konfransında Ankaranın AB ilə münasibətlərindən danışıb.

Türkiyənin Avropa Birliyi üzvlüyü prosesində Fransanın mövqeyilə bağlı verilən suala Arınc, "Fransa ilə bu məsələdə bəzi problemlər yaşadıq. Fransa hər zaman bizim üzvlüyümüzü blok etdi. Sarkozi zamanı ən şanssız dönəm idi" cavabını verib.

AB üzvlüyünün Türkiyə üçün əsas hədəflərdən biri olduğunu söyləyən Arınc bu inteqrasiyanın baş tutmayacağı təqdirdə Avrasiyaya üz tutacaqlarını da deyib: Bəziləri mane olmağa çalışır. Amma bizim əsas hədəfimiz AB-yə tam üzvlükdür. Bunun bizim üçün niyə əsas hədəf olduğunu mən bayaq səsləndirdim, amma dünyaya at eynəyilə də baxmırıq. Yəni bu üzvlük olsa yaxşı olar, olmasa da dünyanın sonu deyil. Bu səbəbdən də dünyadakı başqa iqtisadi əməkdaşlıq təşkilatları ilə də yaxından maraqlanırıq. Avrasiya bunlardan biri ola bilər. Biz bir çox iqtisadi təşkilatla ya ortağıq, ya üzvük, ya da müşahidəçiyik. Şanxay Əməkdaşlıq Təşkilatı da var, bilirsiz? Bəzən əsəbiləşib, "Bax oraya gedərik ha" deyirik".

Tarix
2014.06.06 / 18:48
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla