Yuxarı

Gürcülər ayağa qalxdı: Ermənistandakı monastr...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib.

APA-nın məlumatına görə, “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası üzrə danışıqlar zamanı Hucabi monastırının Gürcüstana qaytarılması məsələsi qaldırılmalıdır.

Qeyd edək ki, Hucabi monastırı Gürcü Pravoslav Kilsəsinin ən böyük ziyarətgahlarından biridir. SSRİ dağılandan sonra Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı mənimsəyib. Hazırda monastır məhv olmaq təhlükəsi altındadır.

Tarix
2017.08.31 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla