Ana səhifə Planet |
11:05
İraq Şam İslam Dövlətinin Mosulda əməliyyata başlamasından sonra ABŞ-dan dəstək alan Maliki ordusu şəhər əhalisinə atəş yağdırıb.
Axar.az xəbər verir ki, İraq ordusunun Mosulda törətdiyi qətliam
nəticəsində onlarla insanın öldüyü və yaralındığı bildirilir.
Ölənlər arasında bədənləri parçalanmış qadınlar və uşaqların da
olduğu bildirilir.
Şiələrə yaxınlığı ilə tanınan Maliki ordusunun xüsusilə vətəndaş sünniləri hədəf alması böyük reaksiyaya səbəb olub.
Vəziyyətin belə olduğu halda İŞİD ordusunun şəhərin sünni
əhalisini müdafiə etməyə davam etdiyi və artıq Maliki ordusuna
məxsus III Alayın qərargahını tamamilə məhv etdiyi bildirilib.
Şəhərin şərq istiqamətində hərəkətdə olan İŞİD ordusu bir çox
polis mərkəzi, ordu binası və müşahidəetmə qülləsini yerlə-yeksan
edib.
Xatırladaq ki, xəbəri Türkiyənin müxalifyönlü saytları yayıb.
20:27
İraqın şimalındakı Mosul şəhərindəki hücumlar nəticəsində ölənlərin sayı rəsmi olmayan rəqəmlərə görə, 165-dir.
Axar.az xəbər verir ki, Enbar universitetinə təşkil edilən hücum zamanı bir çox tələbələrin girov götürüldüyü, daha sonra isə bir çoxunun sərbəst buraxıldığı bildirilir.
Qeyd edək ki, Mosula ilk hücum dünən edilmişdi. Beləki, 2 bomba yüklü avtomobillə reallaşdırılan hücumda 5 nəfər ölmüş, 48-i isə yaralanmışdı.
Tarix
2014.06.07 / 20:27
|
Müəllif
Natiq Azəri
|