Yuxarı

ABŞ-da yeni iş yerləri dünyanı niyə heyrətləndirir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da işsizlərin 6,3 %-i işlə təmin olunub.

Axar.az xəbər verir ki, may ayı ərzində ABŞ-da işsiz insanların 6,3 faizi yeni iş yeri tapıb. Mediaya ötürülən rəsmi rəqəmlərə görə, aprel ayında isə 288 min insan işlə təmin edilmişdi. Yeni iş yerləri ilə yanaşı həm də əməkhaqqılarında da artım müşahidə edilib. Belə ki, rəsmi rəqəmlərə görə, insanların hər saat üçün olan qazancları orta hesabla 5 sent artıb. Ümumilikdə isə maaşlar son 12 ayda 2,1 faiz yüksəlib. Hazırda bir amerikalı hər həftə orta hesabla 34,5 saat işləyir.

Son 1 ilin nəticələrinə əsasən, hər ay təxminən 197 min adam işlə təmin edilib.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ABŞ-da yeni iş yerlərinin açılması ilə bağlı xəbərlərin dünya mediasının gündəmini zəbt etməsi normal haldır və bu proses inkişafda olan ölkələrin iqtisadi səviyyəsinə də təsir edəcək:

"Yeni iş yerlərinin açılması qlobal indikatorlardan biridir. Əgər yeni iş yerləri açılırsa deməli vəziyyət yavaş-yavaş düzəlir. Amerikanın Federal Rezerv Sistemi (FRS) dəfələrlə elan edib ki, yeni iş yerlərinin açılması, iqtisadi aktivliklə bağlı indekslərdə hansısa artım olarsa 2008-ci ildən bəri onların iqtisadiyyata ayırdıqları pulların məbləğini azaldacaq. Bu rəqəm təxminən hər ay üçün 85 milyard dollar məbləğindədir. Son məlumatlara görə artıq 30 milyardını azaldıb. Əgər FRS iqtisadiyyata yardımı azaltsa bu bəzi ölkələrə valyuta daxil olmasında zəifləmə olacaq. Xüsusən də Türkiyə, Braziliya, Çin, Rusiya kimi ölkələrdə problemlərin yarana biləcəyi ilə bağlı iqtisadçıların ümumi bir fikri var"

Ekspert hesab edir ki, ABŞ-da yeni iş yerlərinin açılması qızılın qiymətinə də təsir edəcək:

"Əgər işsizlərin sayı azalarsa bu həm inkişafda olan ölkələrin iqtisadiyyatına həm də əmtəə bazarına təsir edəcək. Xüsusən neftin və qızılın qiymətində artım olacaq. Federal Rezerv Sistemi əgər yardımları ləğv eləsə bu uçot dərəcələrinin qiymətlərinə də təsir edəcək. Düşünürəm ki, FRS uçot dərəcələrini qaldıracaq və bu da ucuz pulların aradan çıxması ilə nəticələnə bilər. Ucuz pulların sıxışdırılması isə öz növbəsində kreditləşmədəki problemlərin aradan qaldırılmasına da müsbət təsir edəcək. Məhz buna görə də bütün dünya ABŞ-dakı yeni iş yerlərinin açılması ilə bağlı məsələləri gündəmdə saxlayır".

Xatırladaq ki, 2008-2010-cu illərdəki iqtisadi böhran dövründə ABŞ-da orta hesabla 3 milyona yaxın insan işindən olmuşdu. Obama hökuməti bu problemi tezliklə çözəcəyini bildirmişdi.

Tarix
2014.06.07 / 17:05
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla