Yuxarı

Birmada müsəlman soyqırımı: Körpələrin başları kəsilir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndependent" yazır ki, şahidlərin dediyinə görə, Birmadakı rohincaların körpə uşaqlarının "başları kəsilir" və onlar "diri-diri yandırılır".

Birmadan alınan xəbərlərdə deyilir ki, bu ölkənin silahlı qüvvələri və yarımhərbiləşdirilmiş birlikləri bu müsəlman azlığının yaşadığı Raxin ştatında "soyqırım" və "poqromlar" törədir. Bundan bir həftə əvvəl rohinca yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərdən sonra 60 min rohinca qonşu Banqladeş ərazisinə pənah gətirib.

Britaniyanın Xarici İşlər naziri Boris Conson zorakılığın dayandırılmasına çağırıb və deyib ki, baş verənlər "Birmanın reputasiyasına ləkədir". Türkiyə Prezidenti Ərdoğan daha sərt danışaraq, baş verənləri Birma qüvvələri tərəfindən törədilən soyqırım adlandırıb və bildirib ki, bu zorakılıqlara biganə qalanlar hadisələrə görə məsuliyyət daşıyırlar.

Müşahidəçilər qaçqınların sayının artacağını proqnozlaşdırırlar. Birma hökuməti 400 yaraqlının öldürüldüyünü xəbər verib.

"İndependent" yazır ki, zorakılıqlardan qaça bilmiş şahidlər dəhşətli hadisələr barədə danışırlar. 41 yaşlı Abdul Rəhman deyib ki, Çu Pyin kəndindəki adamları tutaraq bambuk daxmaya doldurub, sonra isə od vurublar. Rəhman iki qardaşı uşağının başlarının kəsildiyini deyib. Onlardan birinin 6, digərinin isə 9 yaşı olub.

Eyni kənddən olan 27 yaşlı Sultan Əhməd də deyib ki, kəndə hücum edənlər əllərinə keçənlərin başlarını kəsirdilər.

Məqalədə deyilir ki, "Human Rights Watch" təşkilatının peyk fotoları da baş verənlərin dəhşət olduğunu göstərir. Fotolardan Çen Xar Li kəndində 700 evin yandırıldığı görünür. Təşkilat bildirib ki, faktiki olaraq müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilir.

Təşkilatın Asiya üzrə direktor müavini Phil Robertson deyib ki, yanğınların 17 məntəqədə baş verdiyi təsdiqlənib.

Bu arada xəbər verilir ki, Birma hakimiyyət orqanları hadisələrin baş verdiyi rayonlara jurnalistləri buraxmır.

Şənbə günü Britaniyanın Xarici İşlər naziri Conson Birmanın hazırkı lideri və Nobel mükafatlı keçmiş dissident Aun San Su Cini bu hadisələrə müdaxilə etməyə çağırıb. Nazir deyib ki, o, keçmiş dissidentin ölkəni birləşdirəcəyinə və Birma hərbiyyəsinin də ona dəstək verəcəyinə inanır.

Xanım Su Ci hələlik bu zorakılıqlarla bağlı heç bir bəyanat verməyib və getdikcə artan beynəlxalq tənqidlə üzləşir.

Məqalədə deyilir ki, bu zorakılıqlar Arakan Rohinca İxlas Ordusu silahlı qruplaşması avqustun 25-də hökumət qoşunlarının postlarına hücum edəndən sonra başlanıb. Bu hücumların ardınca Birma ordu hissəsləri Raxin ştatının ərazisində hərbi əməliyyatlara başlayıb.

Arakan rohinca xalqını müdafiə etdiyini bildirsə də, onun, əhalinin münaqişə yerlərindən çıxmasına mane olduğu xəbər verilir.

Rohincalara qarşı zorakılıqlar barədə kitab yazmış Françis Vade Tvitterdə deyib: "Myanmada baş verənlər antiqiyam kampaniyası kimi qələmə verilə bilər, lakin əslində bu, dinc sakinlərə divan tutulmasıdır və bu zorakılıq ölkə əhalisi tərəfindən əsasən dəstəklənir".

Birmada bir milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir. Bundan başqa, rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.

Onları bəzən benqal adlandırır və qanunsuz miqrant olduqlarını deyirlər.

Baş verən hadisələrlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyanat verərək onun təbirincə deyilsə, "Raxində yer alan soyqırımı" kəskin tənqid edib. "Demokratiya pərdəsi altında aparılan bu soyqırıma göz yumanlar hadisələrin iştirakçısına çevrilirlər", - deyib Ərdoğan.

Türkiyə daha çox qaçqın qəbul edərsə, Banqladeşə yardım göstərəcəyini bildirib, lakin artıq 400 min rohincanın pənah gətirdiyi bu ölkə daha çox qaçqın qəbul etməyə həvəsli görünmür.

BBC

Tarix
2017.09.03 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla