Yuxarı

Putindən Avropaya: “Sizi MDB ərazisinə buraxmayacağıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacağı təqdirdə biz öz iqtisadiyyatımızı müdafiə etmək üçün addımlar atacağıq. Mən bununla bağlı Böyük Britaniya, Fransa və Almaniyaya xəbərdarlıq etmişəm".

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, müaqavilə imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra Moskva müdafiə tədbirlərinə əl atacaq.

Putin Kiyevi çətin günlər gözlədiyini vurğulayıb. "Hazırda MDB ölkələrinin azad ticarət zonası çərçivəsində Rusiya ilə Ukrayna arasında gömrük tarifləri sıfır həddinddir. Avropa İttifaqı ilə saziş isə Ukraynaya digər iqtisadi sazişlərdə iştirak etməyə imkan vermir".

Putinin sözlərinə görə, asossiativ saziş Ukrayna bazarlarını Avropa malları üçün açacaq.

"Bütün Avropa malları tranzit yolla bizim gömrük ərazimizə daxil olacaq. Biz buna yol verə bilmərik. Avropa ilə belə danışmamışdıq. Biz hansısa sanksiyalara əl atmağa məcbur olacağıq. Hesab edirəm ki, Ukrayna üçün ağır sınaq olacaq".

Rusiya prezdenti bildirib ki, belə oaln halda çətin ki, Ukraynaın məhsulları rus bazarında rəqabətə davamlı olsun

/Modern.az/.

Tarix
2014.06.07 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla