Yuxarı

Kişilər, ilk görüşdə uğur qazanmaq istəyirsinizsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı yaşda olmağımızdan asılı olmayaraq, görüş bizlər üçün bir imtahan, bəziləri üçünsə hətta hünərdir. Qoy lap sizin ilk görüşünüz olsun, yaxud bəlkə də rəfiqənizlə artıq çoxdan görüşürsünüz, fərqi yoxdur, kişi bilməlidir ki, qadınlar tərəf müqabillərini necə seçirlər.

Söhbət kişilərdən gedirsə, qadın bir söz deyib, başqa cür düşünə bilər. O, romantik, həssas qəlbli insanları sevdiyini söyləyə bilər, amma əslində kütbeyin və qanmazın biri ilə görüşər. Yadda saxlayın ki, qadınların (elə kişilərin də) təhtəlşüur arzuları ilə hərəkətləri arasında ziddiyyət mövcuddur. Uğurlu görüş üçün ən mühüm keyfiyyət - əminlikdir!

Sözün qısası, siz sadəcə, özünüzə inanmalısınız. Qadınlar kişilərdə bu hissin olub-olmamasını göydə tuturlar. Və əgər sizdə özünüzə inam yoxdursa, artıq adınızı uğursuzlar cərgəsinə daxil edin. Əminlik hissinin səviyyəsinin artırılması yollarından biri də tanış olmayan qadınlarla ünsiyyətə qoşulmağı öyrənməkdir. Necə deyərlər, kamilliyə aparan yol təcrübədən keçir.

Budur, daha bir ideya: nədən başınız çıxırsa, nəyi daha yaxşı bacarırsınızsa, ondan danışın. Misal üçün, əgər yaxşı bric oynaya bilirsinizsə, qaydaları ona izah edərkən sizin inamala danışdığınızı dərhal hiss edəcək.

İlk görüş

Bəli, o, "hə" deyib, bu isə o deməkdir ki, hər ikiniz bir-birinizi daha yaxından tanımaq istəyirsiniz. İlk görüş bir çox cəhətlərinə görə işə qəbul zamanı aparılan müsahibəni xatırladır: siz ilk görüşdən yaxşı təəssürat oyatmağa çalışırsınız. Ona görə də mütləq aşağıdakı məqamları nəzərə alın.

Əvvəlcə strategiyanın ilk planını tutun

Əvvəlcə görüşün vaxtını götür-qoy edin. Ola bilər ki, cümə və şənbə günləri axşam deyil, həftə ortası görüşsəniz özünüzü daha sərbəst hiss edərsiniz. Sakit söhbətə şərait yaradacaq yer seçin – yəni xanımı o dəqiqə kinoya sürükləməyin, bu mədəni gedişi gələn görüş üçün saxlayın.

Birgə yemək stolu arxasındakı görüş sizi qorxudursa, ikilikdə, misal üçün, mini-qolf, bilyard və ya boulinq oynaya biləcəyiniz və ya imkan daxilində sizə tanış olan bir yer seçin. Onda özünüzü daha rahat hiss edərsiniz. Eləcə də, hər hansı bir cəsarətli və mübahisəli fikir irəli sürə bilərsiniz – onda tərəf müqabiliniz dərhal anlayacaq ki, siz özünüzə arxayınsınız.

İlk növbədə centlimen olun

Əvvəla, şəraitə münasib geyinin. Əlbəttə, qonşuluqdakı bara getmək üçün nəzərdə tutulmuş smokinq (xüsusi biçimli döşü açıq qara pencək – tərc.) geyməyə dəyməz. Lakin təkcə qaşları sığallamaqla da məhdudlaşmaq olmaz. Səliqəli və abırlı görünmək lazımdır.

İkincisi, nəzakətli və ədəbli olun: qadından əvvəl qapını açın, oturması üçün stul çəkin.

Üçüncüsü, görüşə sadəcə, vaxtında gəlin. Əgər ictimai yerdə görüşürsünüzsə və xanım geçikirsə, buna iltifatla yanaşın. Yəqin ki, təklikdə gözləmək istəməyib.

Dördüncüsü, bütün diqətinizi ona cəmləyin – ona baxın, onu dinləyin, ağıllı suallar verin və gülümsəyin. Kompliment deməkdə canfəşanlıq göstərməyin. Düzdür, o, gözəl görünmək üçün çox səy göstərib, ancaq həddindən artıq coşqun reaksiya göstərməyin.

Və nəhayət, əgər hətta o, fəal şəkildə etiraz etsə belə, görüş zamanı bütün xərcləri özünüz ödəyin, ələlxüsus da əgər onu siz dəvət etmisinizsə... Əyləncələrə sərf olunan xərcləri yarı bölmək haqqında isə daha sonra, görüşləriniz daimi şəkil aldıqdan sonra danışa bilərsiniz.

Vidalaşın və uğurunuzu möhkəmləndirin

Görüşün bədbin notlarla bitməsinə icazə verməyin. Ayrılarkən özünüzə əmin bir görkəmlə xoş gecələr arzulayın. Onu qucaqlayın, əlini sıxın və öpün – bu, sizə də yerində edilmiş bir addım təsiri bağışlayacaq. Onunla bir daha görüşmək istəyisinizsə, ertəsi günü zəng edin və onunla necə gözəl vaxt keçirdiyinizi söyləyin.

İlk görüşdən sonra

Nədən xoşlanıb, nəyi isə xoşlamadığınızı düzgün dəyərləndirin. Deyək ki, siz futbol fanatısınız, sevimli komandanız var. Bəs axşamı sizinlə stadionda keçirmək fikri onu əldən salmır ki? Və yaxud, bəlkə o, klassik musiqi həvəskarıdır və operaya getməyi xoşlayır, sizi isə daha çox rok musiqisi cəlb edir? Həmişə ortaq nöqtəyə gəlmək olar, ancaq hər halda mümkün olan fikir ayrılığı haqqında müəyyən təəssüratınız olmalıdır.

Qarşılıqlı meyil və istəyin yoxlanılması

Bu kiçik testi birbaşa cəmiyyətdə aparın. Hər hansı bir növbədə dayanarkən və ya bir kafedə stolun boşalmasını gözləyərkən yavaşca ona sarı meyillənin. Əgər o, sizi itələsə, yaxud daha pisi, geri çəkilsə, deməli, qığılcım onu sarmayıb. Yox, əgər sizi itələmirsə, əksinə, azacıq sizə yaxınlaşırsa, əmin ola bilərsiniz: qığılcım artıq alovlanmaqdadır.

Bir də, heç vaxt özünüzü aldatmayın: əgər birlikdə bir neçə saat keçirdikdən sonra onu öpmək istəmirsinizsə, yaxşısı budur obyekti dəyişin. Qadının sizə qarşı münasibətini müəyyənləşdirmək üçün ona bir neçə görüş lazımdır, ancaq kişilər başqa cür yaranıblar.

İradəsiz olmayın

İradəsizlik göstərmək, tabe olmaq, həmişə onun fikirləri ilə razılaşmaq, nəzakəti eybəcər ifrat dərəcəyə çatdırmaq, əttökənlik etmək deməkdir. Qadınlar belə keyfiyyətləri dostlarında qiymətləndirsələr də, sevgililərində görmək istəmirlər. Necə ləyaqətli və səxavətli bir insan olduğunuzu göstərin.

Əgər kifayət qədər "kağızınız" varsa, bu, əlbəttə, işin xeyrinədir. Ancaq əsas lazım olan keyfiyyət – yumor hissinin olması, geyimdə və danışıqda zəriflik, əminlik (bunu heç vaxt unutmayın!), yaraşıqlı görkəm və səmimiyyətdir. Lovğalıq, hislərini açıb ortalığa tökmək və ya həddindən artıq duyğusallıq göstərmək açıq-aydın sizin imicinizin xeyrinə deyil.

Unutmayın ki, keçirdiyiniz həyat tərzi də gözəl cinsin nümayəndələri ilə görüşünüzün keyfiyyətinə təsir göstərir.

Diqqətli olun!

Tarix
2014.06.08 / 16:20
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla