Yuxarı

Abbas Abbasov Çernoqoriyada torpaq sahələri aldı – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyarderlər İttifaqının sədri, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasov Çernoqoriyda böyük torpaq sahələri alıb.

Bu barədə Axar.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub.

Mənbənin dediyinə görə, alğı-satqı may ayının sonlarında baş tutub. Bu işdə ona yaxın dostu, "AzerRos"un lideri Söyün Sadıqov kömək edib. Çünki Sadıqov neçə vaxtdır başqa bir Balkan ölkəsi Xorvatiyada iri torpaq sahələri əldə edib, paralarını bu istiqamətdə yatırıb.

Mənbə Abbas Ababsovun üç yerdə iri torpaq sahəsinə sahib olduğunu bilirir. Torpaq sahələrindən biri Hersoq Nova adlı yerdədir. Bu ərazidə 350 kvadratmetr yerə sabiq müavin 69 min avro xərcləyib.

İkinci torpaq sahəsi isə Budve şəhərinin yaxınlığındadır. Buradakı torpaq sahəsinə isə onun 91 min avro xərci çıxıb.

Petrovatse adlı yerdə 500 kvadretmetr torpaq sahəsinə isə o, 170 min avro xərcləyib.

Mənbənin dediyinə görə, hər üç torpaq sahəsi Çernoqoriyanın turist məkanlarındadır. Elə Abbas Abbasov da həmin yerlərdə turist məkanları tikmək niyyətindədir.

Tarix
2014.06.09 / 13:49
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla