Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


Putindən generala təbrik və iş birliyi teleqramı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Misir prezidentliyinə and içərək işə başlayan general Əbdülfəttah Sisini təbrik edib.

Axar.az xəbər verir ki, andiçmə mərasiminə Rusiya Dövlət Dumasının alt qatının sədri Sergey Narışkin qatılıb.

Qeyd edək ki, Sisiyə təbrik teleqramı göndərən Putin onu iş birliyinə dəvət edib. Bundan başqa, Putin ən qısa zamanda Sisini Rusiyada görmək istədiyini vurğulayıb.

Rus lider məktubunda Misir ilə Rusiyanın hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: "Seçimin nəticələrinə uyğun olaraq Misir xalqı öz liderini seçdi. Buna görə sizi təbrik edirəm. Yekdilliklə Misir xalqının iradəsi, iqtisadi yüksəlişə "hə" deməsi sizin göstərdiyiniz tədbirlərin nəticəsidir. Rusiya ilə Misir arasında zəngin tarixi əlaqələr olub. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək".

Putin məktubunda Misirin xarici siyasətinin gələcəkdə uğurla davam edəcəyini vurğulayıb: "Misir beynəlxalq arenada daha da möhkəmlənəcək və ərəb dünyasında liderlik mövqeyini daha da gücləndirəcək. Rusiya beynəlxalq arenada Misiri bütün məsələlərdə tam dəstəkləyir".

Xatırladaq ki, Misirdə 3 iyul 2013-cü ildə hərbi çevriliş nəticəsində Məhəmməd Mursi hakimiyyəti devrilmişdi. Keçirilən prezident seçkilərində keçmiş Müdafiə naziri Əbdülfəttah Sisi 96,9% səslə Misir prezidenti seçilib.

Tarix
2014.06.09 / 18:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kardaşyanın bacısı bu şirkəti çökdürdü

Hədəf Polşa hökumətdir - Avropa Komissiyası

Türk ordusu imkansızı bacardı: Yüksək dəqiqliklə...

Rus kəşfiyyatı kilsələri ələ keçirir - Ukrayna

Bütün dünyaya göstərdik ki... – Ərdoğan

Aralıq dənizində gərginlik: Türk kapitan... – Şok detallar

ABŞ Rusiyaya Suriyada elə zərbə endirdi ki...

Ərdoğandan sərt xəbərdarlıq: Başını fəda edən varsa...

Tiflisdə Sorosun müqəvvası yandırıldı

Türkiyə bu əraziyə əlavə texnika göndərdi – 24 saat...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla