Hindistan əhalinin sayına görə dünyada ilk yerdədir - BMT
00:27
Ana səhifə Planet |
"Rusiya, Qazaxıstan və Belarus arasında yaradılan Avrasiya İqtisadi Birliyi keçmiş Sovet respublikalarının müstəqilliklərinə təhdiddir".
Axar.az xəbər verir ki, bu sözləri Özbəkistan prezidenti İslam Kərimov deyib.
Daşkənddə keçirilən beynəlxalq qida konfransında danışan Kərimov "Deyin mənə, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik olarmı?" deyərək ölkəsinin Avrasiya İqtisadi Birliyinə qatılmaq istəmədiyini vurğulayıb.
Rusiya lideri Putinin Avrasiya Birliyinə əvvəldən qarşı çıxan İslam Kərimov Sovetlər Birliyinin dağılmasını isə "təbii və qanuni proses" olaraq qiymətləndirmişdi.
Özbəkistan müxalifəti Kərimovun bu çıxışlarını məmləkətin müstəqilliyini deyil, öz rejimini qorumağa çalışdığını bildirib.
Tarix
2014.06.09 / 22:18
|
Müəllif
Pərviz Həsənov
|