Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


Burada işə düzələndən sonra cəmi 10 il yaşayırsan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpağa qarışan müxtəlif maddələr, havanı çirkləndirən kimyəvi tərkiblər, çay sularına axıdılan zəhərli qarışıqlar… Ətraf mühitə yayılan belə zəhərli maddələr dünyada təxminən 200 milyon insanı təhdid edir. Ekologiyanı qorumaq naminə müxtəlif üsullara əl atılsa da, hələ də çirkliliyi ilə dünyaya meydan oxuyan ərazilər var.

Axar.az dünyanın ən çirkli və təhlükəli on ərazisini təqdim edir.

Qanadakı qatı tullantıların sahəsi

Qananın Aqboqbloşi bölgəsindəki tullantılar sahəsində minlərlə köhnə çanaq anten və xarab televizor var. Elektron tullantılarının içindəki misi çıxarmaq üçün kabellərin yandırılması üzündən olduqca böyük təhlükə meydana çıxır. İnsan sağlamlığı üçün havaya olduqca təhlükəli kimyəvi maddə yayan bu kabellərin yandırılmasından çıxan tüstü ömürlük ağ ciyər xəstəliyinə də səbəb olur.

İndoneziyadakı Citarum çayı

İndoneziyanın Cava adasındakı Citarum çayı normal içməli sudan təxminən min qat çirklidir. Bu suda yüksək səviyyədə alüminium və dəmir var.

İki minə yaxın fabrik Citarum çayının suyundan istifadə edir. Həmçinin həmin fabriklərdən çıxan çirkli sular da yenidən çaya axıdılır. Əhali üçün də əsl fəlakətə çevrilən bu çay Cava adasının sakinlərinin yeganə həyat mənbəyidir.

Dzerjinsk Sənaye bölgəsi

Dzerjinsk Rusiyanın ən əhəmiyyətli kimya sənayesi mərkəzlərindən biridir. 1930-1998-ci illər arasında təxminən 300 min ton kimyəvi tullantı səhvən bu bölgədə məhv edilib. Bu səbəblə zəhərli kimyəvi maddələr yeraltı sularla yanaşı, havanı da zəhərləyib. Havanın və suyun çirkli olması səbəbilə bu bölgədə qadınlar orta hesabla 47, kişilər isə 42 il yaşayır.

Ukraynadakı Çernobil nüvə stansiyası

Çernobil tarixin ən dəhşətli nüvə reaktor qəzalarından biridir. 25 aprel 1986-cı ildə nüvə stansiyasında aparılan bir təcrübə əsnasında ölümcül nəticələrə səbəb olan qəza meydana gəlib. Qəzadan bu günə qədər həmin bölgənin 30 kilometr ətrafında heç kim yaşamır. Nüvə stansiyasının ətrafındakı torpaqlar hələ də zəhərlidir. Bu, bölgədəki qida istehsalına da təsir edir. Bölgədə yaşayan əhalinin böyük əksəriyyəti talassemiya xəstəliyindən əziyyət çəkir.

Banqladeşdəki dəri fabrikləri

Hazaribağ adlanan bölgə Bangladeşdə dəri fabriklərinin toplaşdığı bir bölgədir. Fəaliyyət göstərən əksər fabriklər köhnə metodlarla işlər. Heç bir sanitar qaydalara əməl edilməyən bu fabriklərdən çıxan tullantılar ölkənin əsas su qaynağı olan Buriqanqa çayına atılır. Çay paytaxt Dakkanı içməli su ilə təmin edən yeganə çaydır. Bu çaya hər gün təxminən 22 min litr zəhərli tullantı buraxılır.

Zambiyadakı güllə mədəni

Kabve Zambiyanın böyük şəhərlərindən biridir. Burada yaşayan uşaqların qanında yüksək miqdarda gülləyə rast gəlinir. Şəhərdə təxminən yüz ildən bəri güllə istehsal edilir. Xüsusilə əritmə əməliyyatı səbəbilə ağır metallar toz parçacıqları halına çevrilərək torpağa qarışır. Bu da ölümcül xəstəliklərə və uşaqlarda raxidliyə yol açır.

Kalimantan adasındakı qızıl mədənləri

Kalimantan Borneo adasının İndoneziyaya bağlı olan hissəsidir. Bu ərazi əsasən nəzarətsiz bir şəkildə təbiətin talan edildiyi məşhur bölgədir. Kalimantandakı qızıl mədənləri burada zəhərli civə metalının yaranmasına səbəb olur. İldə təxminən 1000 ton civə həm təbiətə, həm də yeraltı sulara qarışaraq müxtəlif xroniki xəstəliklərə yol açır.

Matanza-Riaçuelo çayı

Argentinada 15 minə yaxın fabrik öz tullantılarını Matanza-Riaçuelo çayına axıdır. Hesablamalara görə, çaydakı çirkliliyin məsuliyyətinin 80 faizini kimyəvi maddə istehsalçıları daşıyır. Çay suyunda yüksək miqdarda sink, qurğuşun, mis, nikel və digər ağır metallar var. Yerli xalq xüsusilə bağırsaq və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkir.

Niger deltası

Niger deltası Nigeriyda əhalinin ən sıx məskunlaşdığı ərazisidir. Bölgədəki yeraltı suları və torpaq, neft və karbohidrogen səbəbilə çirklənib. Neft istehsalı səbəbilə ildə təxminən 240 min barrel neft təbiətə qarışır. Bunun başlıca səbəbləri isə qəzalar və neft oğurluqlardır.

Sənaye şəhəri Norilsk

Rusiyanın Norilsk şəhərində ildə təxminən 500 ton mis və nikel oksid, bundan başqa 2 milyon ton kükürd havaya qarışır. Havanın çirklilik dərəcəsi o qədər dəhşətli həddədir ki, həmin şəhərdəki fabrikdə çalışan işçilərin həyat müddəti maksimum 10 ildir.

Tarix
2014.06.10 / 02:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

5 ölkə Maduroya qarşı çıxdı: Nəticələr tanınmadı

İraqda 2 türk əsgəri şəhid oldu

Rus bazasına hücum: PUA məhv edildi

Akşənərin müşaviri həbs edildi - FETÖ

Müxalifətin aksiyasına cəmi 1 nəfər qatıldı - Komik olay

Nüvə enerjisindən sonuna qədər... - Ərdoğan

İran XİN rəhbəri açıqladı: Bu korrupsiyalaşmış qrup...

Sərhəddə hərbi maşın aşdı, 11 əsgər yaralandı

Yunanlar Türkiyənin milli gəmilərini aldı

MİT və Ordu Dəmirəli bir gecədə necə devirdi? - Cümə lənəti

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla