Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2018


Erməni məmur Azərbaycandan siyasi sığınacaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan siyasi sığınacaq almaq üçün Azərbaycana müraciət etməyə hazırlaşır.

Məlumata görə, bu barədə L. Çibuxçyan Ermənistan prezidenti Serj Sarkisyana yazdığı və "Aravot" qəzetində dərc olunmuş açıq məktubunda bildirib.

L. Çibuxçyan qeyd edib ki, o, S. Sarkisyana artıq 13-cü cavabsız məktubu yazır. Həyat yolu və ictimai-siyasi fəaliyyəti barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: "Sizin adınızdan mənə mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə gəlib məndən açarı aldı. Bu evdə indi "Armekonombank" yerləşir. Yeni qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram dilənçi maaşından da məhrum etdi".

L.Çibuxçyan məktubda xatırladıb ki, S. Sarkisyan onu əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı S. Sərkisyana qaytaracağını bildirib: "Ermənistanda həya yalnız bir insanda var – məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə hazırlaşıram".

Qeyd edək ki, L.Çibuxçyanın Putin haqqında 1226 sətirlik və nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb.

APA

Tarix
2014.06.10 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sobçak Putini debata çağırdı: İstəyirəm ki...

Ərdoğandan açıqlama: Əsəd bunun bədəlini ağır ödəyər...

Əsəd ordusu Afrinə belə daxil oldu - Video

Bu ölkə vətəndaşlarına pul paylayır

Kolumbiyadan etiraf: Türkiyədən örnək götürməliyik

Türk ordusu Afrində hücuma keçdi: Əsəd qüvvələri...

MDB-nin antiterror təlimi türk ölkəsində keçiriləcək

Moskva rusları Cənubi Qafqazda aktivləşdirir - KİV

Türkiyəni dəhşətə gətirən caniyə 66 il həbs istənildi

Türkiyənin narahatlığı və kürdlərin arzusu… - Lavrov

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla