Yuxarı

Kadırov Həsən Tahirovun çağırışını yaydı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqramdakı hesabından İŞİD-ə qoşulan çeçen döyüşçü Həsən Tahirovun videosunu yayıb.

Axar.az xəbər verir ki, kişiləri terror təşkilatına meyil etməməyə səsləyən Kadırov Tahirovun başına gələnləri qeyd edib. O bildirib ki, Həsən Tahirov hazırda İraq həbsxanasındadır, o, silahlı qruplaşmaya qoşulmaqda, qanunsuz olaraq başqa ölkənin ərazisində hərbi əməliyyatlarda iştirakda, Rusiya Federasiyasının maraqlarına zidd hərbi aktivlikdə ittiham olunub. Belə ki, H.Rüstəmov 2014-cü ildə oğlu Bilalla bərabər Suriyaya gedib və İŞİD-ə qoşulub. 2016-cı ilin fevralında onun barəsində Çeçenistanda axtarış elan olunub.

2017-ci il avqustda H.Tahirov ağır yaralı halda Mosulda tapılıb. Onunla birlikdə oğlu Bilal da olub. Bilal Rusiyaya geri göndərilib, Həsən isə İraqda türməyə salınıb.

Kadırov Həsənin videosunu paylaşaraq, ABŞ-ın İraqda ikili oyun oynadığını xatırladıb. Həmçinin çeçen gəncləri “bu açıq yalana inanmamağa” çağırıb.

Həsən də türmədən yaydığı videomüraciətində İŞİD-ə qoşulmaq istəyənləri bu fikirdən daşınmağa səsləyir. O bildirir ki, bu bir oyundur, burda nə xilafət var, nə islam dövləti. “Bu təşkilat ona görə yaradılıb ki, müsəlmanların aktiv hissəsini bir yerə yığıb məhv etsinlər”, - Tahirov bildirib.

Tarix
2017.09.18 / 09:14
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla