Yuxarı

Putin: “Krım Ukraynanın olub, Ukraynanın da qalacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin 2008-ci ilin avqustun 30-da Baş nazir olduğu vaxt Almaniyanın ARD telekanalına verdiyi müsahibəsi üzə çıxıb.

Axar.az xəbər verir ki, müsahibə zamanı Putinə Krım və Sevastopolun rus donanmasının bazası kimi Moskvanın növbəti hədəfi olacağı ilə bağlı sual verilib.

Putin isə jurnalistin sualını belə cavablandırıb: "Krım mübahisəli ərazi hesab olunmur. Rusiya Ukraynanın bügünki sərhədlərini çoxdan tanıyıb. Bizim sərhədlə bağlı danışıqlarımız sona çatıb. Hesab edirəm ki, Rusiyanın hədəfləri ilə bağlı hər hansı sual təxribatçı hisslər yaradır. Bizim burada (Cənubi Osetiya nəzərdə tutulur - red) heç bir hədəfimiz yoxdur. Ona görə də hesab edirəm ki, hansısa hədəfdən danışmaq düzgün deyil".

Müsahibə zamanı Putin Krımın daxilindəki vəziyyətdən də danışıb: "Krımda cəmiyyətin daxilində çətin proseslər gedir. Orada Krım tatarları, Ukrayna, rus, ümumiyyətlə slavyan əhalisinin problemləri var. Lakin bu, Ukraynanın öz daxili işidir. Bizim donanmamızın saxlanılması ilə bağlı Ukrayna ilə 2017-ci ilə kimi müqaviləmiz var və biz bu müqaviləyə əməl edəcəyik".

Tarix
2014.06.12 / 11:23
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla