Yuxarı

Putinin ikinci “xarici işlər naziri” peyda olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramzan Kadırov sadəcə Rusiya Federasiyasının tərkibindəki Qafqaz respublikalarından olan Çeçenistanın avtokrat rəhbəri deyil. Bu siyasətçi müsəlman məsələləri üzrə əlavə “ikinci xarici işlər naziri” kimi bir statusa sahibdir.

Axar.az xəbər verir ki, bu barədə “Berliner Zeitung”da dərc olunan Ştefan Şollun məqaləsində bildirilib.

Kadırovun özünəməxsus keyfiyyətlərindən yazan müəllif ötən həftə Rusiyaya səfəri zamanı Liviyanın baş nazirinin müavininin yalnız Kadırovu Qroznıda ziyarət etdikdən sonra rəsmi danışıqlar aparmaq üçün Moskvaya yola düşməsinə diqqət çəkərək, Kremlin Kadırovun şəxsi diplomatiyasına qarşı səbirlə yanaşdığını qeyd edir:

“Kadırovun adamları Suriyanın Hələb bölgəsində hərbi-polis patrulu həyata keçirir. Dövlət Dumasının Çeçenistandan olan deputatı onun tapşırığı ilə Liviyada saxlanılan dənizçilər barədə danışıqlar aparır”.

“Görünür, Kreml Kadırova islam dünyası ilə vasitəçilik rolunu həvalə edib. Bir çox problemlər inanc qardaşları arasında daha tez həllini tapır”, - Yaxın Şərq üzrə ekspert Acar Kurtov deyib.

Çeçen diasporunun Yaxın Şərqin bir çox ölkələrində təmsil olunduğunu deyən publisist Maksim Şevçenko isə çeçenlərin islam dünyasında çox ciddi bir vasitə olduğunu söyləyib.

Kadırovun özünə peşəkar rus diplomatlar üçün əlçatmaz olan azadlıqlar verdiyini vurğulayan müəllif yazıb:

“Baxmayaraq ki, Rusiya oradakı rejimin lideri olan Çinlə bu məsələdə hesablaşmağa məcburdur, o, Myanmadakı müsəlmanlara silah çatdırılması barədə fikirlər səsləndirir. Kadırovun cangüdənləri isə gizli beynəlxalq əməliyyatlarda iştirak etmək üçün daha uyğun görünür. Bununla belə Kadırov Rusiya prezidentinə bağlı olduğuna and içir və onun uğrunda canından keçməyə hazır olduğunu bildirir”.

Tarix
2017.09.18 / 17:12
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla