Yuxarı

Gəminin batması bu ölkəyə 500 min avroya başa gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində qəzaya uğrayaraq aşan mazut dolu “Agiya Zoni 2” gəmisinin bu ölkənin ekologiyasına ziyan vurması iqtisadiyyata da ciddi təsir göstərir.

Axar.az Yunanıstanın “Proto Tema” nəşrinə istinadən məlumat veir ki, mazutun dənizə axması nəticəsində ölkə iqtisadiyyatına zərərin 500 milyon avro olduğu ehtimal edilir. Attika sahillərinə dəyən ekoloji zərbə nəticəsində burada fəaliyyət göstərən restoranlar və yeməkxanalar bağlanır, balıqçılığa icazə verilmir. Bu isə onsuz da işsizliyin səviyyəsinin yüksək olduğu ölkədə vəziyyətin daha da çətinləşməsinə gətirib çıxarır.

Sentyabrın 10-da göyərtəsində 2,5 min ton mazut olan “Agiya Zoni 2” gəmisi Salamin adası ilə Pirey limanı arasında qəzaya uğrayıb. Nəticədə Faliro və Qlifade çimərlikləri yararsız vəziyyətə düşüb. Ölkənin səhiyyə naziri əhalinin bu çimərliklərdə üzməsinin qadağan edilməsi barədə əmr imzalayıb.

Tarix
2017.09.19 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla