Yuxarı

16 yaşlı iraqlı miqrant metrodan 14 min avro tapdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində 16 yaşlı məktəbli bir qız metrodan 14 min avro pul tapıb.

Azeuronews.com-un məlumatına görə, dərsdən qayıdan məktəbli qız metroda əyləşən zaman sahibsiz bir çanta görüb. Çantanı götürən məktəbli ailəsi ilə birgə qaldığı yataqxanaya qayıdıb.

Metroda çantasını itirən qadın polisə müraciət edib. Həmin reys üzrə hərəkət edən metro vaqonları axtarılsa da, müsbət nəticə əldə edilməyib. Pulunu itirən qadın elan verməyə məcbur olub. Elanda pulu tapan şəxsin mükafatlandırılacağı da qeyd olunub. Amma bu da heç bir fayda verməyib.

Nəhayət, pulla dolu çantanı tapan məktəblinin anası bu barədə xəbər tutduqdan sonra yaxınlıqdakı polis idarəsinə gəlib. O, qızının metroda pulla dolu çanta tapdığını və ona əl vurmadan polisə təslim etmək istədiyini söyləyib.

Berlin polisi miqrant iraqlı qadın və qızına təşəkkür edib. Daha sonra çantanın sahibini idarəyə dəvət edib.

Maraqlısı odur ki, miqrant qadın pulu tapan şəxsə vəd edilən mükafatı götürməkdən imtina edib.

Tarix
2017.09.20 / 01:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla