Yuxarı

Dmitri Roqozin SSRİ-nin bərpa edilməsindən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin şəxsi Tvitter hesabında 12 iyun Rusiya Günü münasibəti ilə şərh yazıb.

Axar.az xəbər verir ki, Roqozin yazısında dağılan Sovet daşlarını toplamaq zamanının gəldiyini yazıb.

"24 il əvvəl Sovet qayası ilk çatlarını verdi. Daha sonra qayalar qopdu. Kim bilə bilərdi ki, bu daşlar əsrin dörddə biri qədər vaxt alacaq. Amma indi daşları toplamaq zamanı gəlib", - deyə Roqozin yazıb.

Xatırladaq ki, 1992-ci ildən bəri qeyd olunan "Rusiya günü"nün maraqlı tarixçəsi var. 12 iyun 1990-cı ildə keçmiş SSRİ-yə daxil olan 15 Sovet Sosialist Respublikasından ən böyüyü RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası) Xalq Məclisi "Dövlət hakimiyyəti Bəyannaməsi"ni qəbul edir. Düz bir il sonra 12 iyun 1991-ci ildə Boris Yeltsin Rusiya Federasiyasının prezidenti seçilir. Bir il sonra Rusiya Federasiyası Parlamentinin qərarı ilə 12 iyun "Rusiya dövlət suverenliyi günü" kimi qeyd olunmağa başlanılır.

12 iyun 1998-ci ildə televiziya qarşısına çıxan keçmiş prezident Yeltsin bayramın "Rusiya Günü" olaraq qeyd edilməsini təklif edir. 2002-ci ildə isə Vladimir Putin Yeltsinin təklifini məqbul görür və 2002-ci ildən bəri 12 iyun Rusiyada "Rusiya Günü" kimi qeyd olunur.

Tarix
2014.06.12 / 22:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla