Yuxarı

Türkiyənin İraq planı: sanksiyalar, hərbi müdaxilə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı tədbirlər planını 22 sentyabrda keçiriləcək Milli Təhlükəsizlik komitəsi və Nazirlər Kabinetinin iclasında müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Təqvim” qəzeti yazıb. Nəşrin məlumatına görə, gündəmdə bir çox məsələlər dayanır:

Baş konsulluğun bağlanması

Türkiyə referenduma etiraz olaraq Ərbildə yerləşən Baş Konsulluğunu bağlaya bilər.

Habur

Şimali İraq iqtisadi cəhətdən Türkiyədən asılı haldadır. Bu baxımdan Türkiyə Şimali İraqla sərhəddə olan Habur sərhəd keçid məntəqəsini bağlaya bilər.

Boru kəmərləri

Türkiyə referendumdan sonra Şimali İraqdan Ceyhan limanı vasitəsi ilə Avropaya neft ixracını təmin edən boru kəmərinin işini məhdudlaşdıra bilər. Ərbildən Şırnaka çəkilməsi nəzərdə tutulan təbii qaz boru kəməri layihəsini təxirə sala bilər.

Hərbi təlimlər

Türkiyə İŞİD-lə mübarizədə peşmərgələrə təlim keçərək dəstək vermişdi. Bu dəstəyin tamamilə dayandırılması nəzərdə tutulur.

Ticarət məhdudiyyəti

Türkiyə bölgəyə ən çox sərmayə qoyan 5 ölkədən biridir. Şimali İraqda satılan malların təxminən 50 faizi Türkiyə istehsalıdır. Türkiyə bu əraziyə tətbiq etdiyi güzəştləri yenidən nəzərdən keçirə bilər.

Hərbi müdaxilə

Türkiyə bu ərazidə yaşayan türkmanlarla hər hansı bir hücum zamanı hərbi müdaxilə variantına müraciət edə bilər.

Tarix
2017.09.20 / 13:34
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla