Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


İŞİD ordusunda 2 min türkiyəli döyüşür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaidəyə bağlı olan "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasında 2 minə yaxın türk var.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. İddiada bildirilir ki, təşkilat İraq və Suriya başda olmaqla Livan, Fələstin və İordaniyada şəriət dövləti qurmaq istəyir. Onların indiki vəziyyətə necə gəlib çatması isə çoxu üçün qaranlıqdır.

İŞİD necə gücləndi?

İŞİD öz adını əvvəlcə Suriyada Əl Qaidəyə bağlı olan Əl Nüsra təşkilatıyla birlikdə Əsəd rejiminə qarşı döyüşdə tanıtdırıb. Ancaq daha sonra Əl Nüsra ilə yolları ayrılıb. Əl Qaidənin bölgədəki qolu olan Əl Nüsra İŞİD-in ona birləşməsini istəyəndən sonra arada ixtilaf yaranıb və hazırda Əsəd rejimi ilə bərabər, bir-birinə qarşı da savaşırlar.

İŞİD-in Əl Nüsra ilə münasibətlərinin pozulmasından əvvəl Türkiyənin əsasən kürdlər yaşayan Diyarbəkir bölgəsində gizli bir yığıncaq reallaşdırdıqları bildirilir. Yığıncağa Hizbullah təmsilçisi kimi qatılan adamın, "Müsəlmanlara qarşı edilən döyüş cihad ola bilməz", - deyə yığıncağı tərk etdiyi deyilir.

Nə üçün Türkiyədə rahat hərəkət edə bilirdilər?

Həmin vaxt Türkiyədə terror təşkilatı siyahısında olmadığı üçün təqib edilməyən İŞİD Türkiyədə 30 mart seçkiləri öncəsi diyarbəkirliləri seçkidə iştirak etməməyə çağıran bildiriş paylayıb.

Həmin vaxt paylanan kağızlarda "Demokratiya İslama ziddir" sözləri yazılıb.

Fransa, Belçika, Almaniya kimi bir çox Avropa ölkəsindən də qatılanların olduğu İŞİD-in sıralarında kəşfiyyat orqanlarının məlumatlarına görə, təxminən 2 min türkiyəli var. Bunların böyük hissəsinin Şanlıurfa, Diyarbəkir, Batman, Bingöl, Mardin, Qaziantep, Van, Düzcə və İstanbuldan olduğu bildirilib.

İndiyə qədər Diyarbəkirin Hani mahalından İŞİD-ə qatılan 9 adamdan üçünün, Şanlıurfanın Sivərək mahalından qatılan 13 adamdan isə 6 nəfərinin ölüm xəbəri ailələrinə göndərilib.

Təşkilatın gündəlik xərclər üçün adambaşına 60 dollar verməsi ilə bərabər, illik 10 min ABŞ dolları da pul vəd etdiyi bildirilib. Türkiyədən İŞİD-ə qatılanların böyük hissəsi də maddi gəlir məqsədi ilə ora qatılıb.

İŞİD komandanlığı

Bölgədə hər gün qan tökən İŞİD-in rəhbərliyində 6 əhəmiyyətli ad var. "Əl Ərəbiyə" qəzetinin xəbərinə görə, həmin 6 komandir bunlardır:

1. Əbu Bəkir Bağdadi

Əsl adı İbrahim Əl Bədridir. Əbu Dua adı ilə də tanınır. İlahiyyat müəllimi və Bağdad Məscidinin köhnə imamıdır. 2004-cü ildə ABŞ əsgərləri tərəfindən həbs edilib və həbsdən qaçıb.

2. Əbu Eymən Əl-İraqi

Səddam Hüseyn zamanında İraq Hərbi Hava Qüvvələrinin zabiti olub.

3. Əbu Əhməd Əl-Əlvani.

Əsl adı Vəlid Cəsi Əl-Əlvani olan bu adam Səddam Hüseyn dövründə İraq ordusunda yüksək vəzifəli zabit olub. Hazırda İŞİD-in Hərbi Şurasında təmsil olunur.

4. Əbu Əbdürrəhman Əl-Bilavi

İŞİD Hərbi Şurasını təşkil edən 4 adamdan biridir. Ayrıca, Şura məclisinin də bundan əvvəlki rəhbəri olub.

5. Hacı Bəkir

Səddam dövrünün İraq ordusu zabitlərindəndir. Orduyla əlaqədar gizli məlumatları qırağa sızdırmasına görə həbs edilib.

6. Əbu Fatma Əl-Cəhşi

Əsl adı Nima Abdu Naif Əl-Cəbridir.

Tarix
2014.06.13 / 12:44
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

5 ölkə Maduroya qarşı çıxdı: Nəticələr tanınmadı

İraqda 2 türk əsgəri şəhid oldu

Rus bazasına hücum: PUA məhv edildi

Akşənərin müşaviri həbs edildi - FETÖ

Müxalifətin aksiyasına cəmi 1 nəfər qatıldı - Komik olay

Nüvə enerjisindən sonuna qədər... - Ərdoğan

İran XİN rəhbəri açıqladı: Bu korrupsiyalaşmış qrup...

Sərhəddə hərbi maşın aşdı, 11 əsgər yaralandı

Yunanlar Türkiyənin milli gəmilərini aldı

MİT və Ordu Dəmirəli bir gecədə necə devirdi? - Cümə lənəti

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla