Yuxarı

Çeçen barddan Kadırova: “Sən Cihadın qanadlarını satdın” – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahnılarında öz üsyankar dəsti-xətti ilə seçilən tanınmış çeçen-inquş müğənnisi Timur Muçarayev növbəti möhtəşəm mahnısını pərəstişkarlarının ixtiyarına verib.

Axar.az-ın çeçen media mənbələrinə istinadən məlumatına görə, onun musiqisinin budəfəki "qəhrəmanı" Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovdur.

Qeyd edək ki, bardov tipli mahnıların mahir ifaçısı kimi tanınan Muçarayev Kadırovun Kremllə bu cür yaxınlığını tənqid edib. Əsasən, Birinci Çeçenistan müharibəsi və Kadırovun çeçenlərin Ukraynaya hazırlıq təlimlərində iştirakı görüntülərinin sintezindən ibarət layihə diqqət çəkən sözlərlə müşayiət olunur.

Muçarayev çeçenlərin Ukraynaya yollanmasının əleyhinədir. "Cihadın satılan qanadları" adlı mahnıda vurğulanır ki, Kadırov onun xalqını, irsini, milli köklərini məhv edən, qıran və yerlə bir edən Kreml rəhbərliyinin vassalına çevrilməməliydi. O, Çeçenistan Respublikası rəhbərinin pul, qızıl, yüksək vəzifə və komfortlu həyat tərzi müqabilində bunu etməyə haqqının olmadığını dilə gətirir.

Xatırladaq ki, Birinci Çeçen müharibəsində döyüşlərdə aktiv şəkildə iştirak etmiş Muçarayev rusdilli mahnıları ilə rəğbət qazanıb. Onun mahnıları bir çox filmlərdə səslənib. Məsələn, rejissor Aleksey Balabanovun "Müharibə" filminin fraqmentlərində onun "Qüds" mahnısına müraciət olunur.

Rusiya hüquq-mühafizə orqanının təzyiqlərindən ehtiyatlanan Muçarayevin bir müddət Bakıda da yaşadığı deyilir.

Tarix
2014.06.13 / 22:10
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla