Ana səhifə Planet |
Türkiyə zamanında İraq Kürd Muxtariyyəti ilə bağlı lazımı qərarlar almadığına görə indiki vəziyyətlə qarşı-qarşıyadır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Cəmil Çiçək söyləyib.
“Bu vəziyyətə gələcəyimiz 18 il öncədən bəlli idi. 18 il öncə lazım olan qərarlar verilmədiyi üçün indiki vəziyyətə gəlib çıxmışıq”, – deyə o bildirib.
Qeyd edək ki, Cəmil Çiçək məhz 1999-cu ildə Təlabani və Bərzani arasında ABŞ-ın yardımı ilə ixtilafın sona çatdırıldığını, bölgədə rəsmi kürd ordusunun qurulduğunu və bunun Türkiyə üçün mənfi nəticələrə səbəb olacağını söyləmişdi. O, həmçinin Türkiyənin başqa bir bölgədə problemlərin həlli ilə məşğul olarkən Şimali İraqda qəfil yaranan kürd problemi ilə üz-üzə qalacağını söyləmişdi.
Tarix
2017.09.23 / 17:12
|
Müəllif
İlkin Həsənov
|