Yuxarı

İŞİD haqqında bilmədiyiniz şok təfərrüatlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraqda çox sayda ərazini ələ keçirən İŞİD Əl-Qaidənin bir qolu olmasına baxmayaraq, artıq adıçəkilən təşkilat rəhbərliyi ilə də "kəllə-kəllə"yə gəlir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) İraq və Suriyada ard-arda qətliamlar törədən silahlı bir təşkilatdır. Sələfi ideologiyasına sahib olan İŞİD İraq, Suriya, Fələstin və İordaniyanı əhatə edən bölgələrdə şəriət qanunlarına söykənən bir dövlət qurmaq istəyindədir. İŞİD və onun lideri Əbu Bəkir Bağdadi, ABŞ, AB-i və Türkiyənin "terrorizm siyahısı"ndadır.

Bu təşkilat ilk dəfə 2004-cü ildə "Tövhid və Cihad" adıyla İraqda Əbu Musa Zərkavi tərəfindən qurulub. Bunun ardınca isə Usama ben Ladenin rəhbərlik etdiyi Əl-Qaidə adlı terror qruplaşmasına qatılıb. Lakin təşkilat Əl-Qaidəyə qatıldıqdan sonra adını "Mesopotamiyada Əl-Qaidə" olaraq dəyişib.

2006-cı ildə isə yayımlanan bir videoda Zərkavi "Mücahidlər Şurası" adlı bir təşkilat qurduqlarını açıqlayıb. Həmin ilin iyun ayında Zərkavi ABŞ güclərinin həyata keçirdiyi əməliyyat nəticəsində öldürüldükdən sonra yerinə Əbu Həmzə əl-Mühacir adlı bir nəfər keçib. 2006-cı ilin sonlarında isə Əl-Qaidəyə yaxınlığı ilə tanınan Əbu Ömər əl-Bağdadi rəhbəri olduğu "İraq İslam Dövləti"ni yaratdıqlarını iddia edib.

2010-cu ilin aprelində ABŞ və İraq güc strukturları, Sisar bölgəsində yaşayan Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühacirin yaşadıqları evə ortaq bir hücum əməliyyatı təşkil edib. Əməliyyat nəticəsində hər iki lider öldürülüb. Bunun ardınca isə Əbu Bəkir Əl-Bağdadi təşkilatın yeni lideri olub.

Əbu Bəkir Əl-Bağdadi son 11 il ərzində dünyanın ən güclü cihadlarına rəhbərlik edən lider kimi tanınıb. Bir neçə gün öncə isə rəhbərlik etdiyi terror təşkilatının bir gecədə Mosulu işğal etməsi xəbəri yayıldı. Suriya və İraqda çox sayda ərazini ələ keçirən İŞİD Əl-Qaidənin bir qolu olmasına baxmayaraq, artıq adıçəkilən təşkilat rəhbərliyi ilə də "kəllə-kəllə"yə gəlir.

İŞİD-in qurucusu olan Əbu Bəkir əl-Bağdadi İraq, Suriya və Orta Şərqin daxili görkəmini dəyişə biləcək bir lider olaraq 1 ildir ki, bütün dünya tərəfindən diqqətlə izlənir.

2011-ci ilin sonlarında isə Məhəmməd Cülaninin liderlik etdiyi Nüsra cəbhəsi Əl-Qaidənin Suriya qolu olaraq qurulub. 9 Aprel 2013-cü ildə Əbu Bəkir Bağdadiyə aid səs yazısında Nüsra cəbhəsinin İraq İslam Dövlətinə müttəfiq olduğu bildirilib. Məhz həmin ildə də Bağdadi Nüsra cəbhəsi ilə İraq İslam Dövlətinin "İraq Şam İslam Dövləti" adı altında bir araya gəldiyini açıqlayıb.

Qısa bir müddət sonra Əbu Məhəmməd Cülaniyə aid bir səs yazısında Cülani, İraq İslam Dövləti ilə əlaqələrin yaxınlığına müsbət baxdığını, ancaq iki təşkilatın eyni ad altında bir araya gəlməsi fikrini rədd etdiyini söyləyib.

2013-cü ilin fevral ayında Əl-Qaidə Suriyadakı İŞİD-i tanımadığını bəyan edərək təşkilatın Suriyanı tərk etməsini tələb edib. Əl-Qaidə Suriyadakı yeganə nümayəndəsinin Nüsra cəbhəsi olduğunu açıqlayıb və bunun ardınca Əl-Nüsra ilə İŞİD arasında bir çox qarşıdurmalar yaşanıb.

İŞİD hazırda Suriyada İraq sərhədinə yaxın Dəyər əz-Zor, Mumbuc və neftlə zəngin olan Rakka bölgəsinə nəzarəti öz əlində saxlayır. Bu nəzarət İraqın Fəllucə, Ramadi və Mosul şəhərlərinə də aiddir.

İŞİD-in Suriyadakı döyüşçülərinin 6-7 min, İraqdakı silahlı üzvlərinin isə 10 min insan civarında olduğu təxmin edilir.

Suriya müxalifəti İŞİD-in Suriyadakı inqilabının qarışıqlıq yaratmaq üçün Şam rəhbərliyi tərəfindən dəstəklənildiyini iddia edir. Şam rejimi isə Suriyada müxaliflərin əlində olan bölgələri nizamlı olaraq bombardman etdiyi halda İŞİD-in nəzarətində olan bölgələrə hücum etmir. Ən qəribəsi budur ki, İŞİD Rakkada çıxardığı nefti Suriya rejiminə satır.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki İŞİD-in İraqdakı hərəkatından son dərəcə narahatlıq keçirdiklərini bildirib. İŞİD-in Suriyada da gücləndiyini xatırladan Psaki "İŞİD yalnız İraq və Suriya üçün deyil, bütün bölgə üçün böyük bir təhlükədir", - deyə bildirib.

Son günlərdə Mosulda yaşananlar 2 milyon əhalisi olan şəhərin boşalmasına gətirib çıxarıb. Yüz minlərlə insan bölgəni tərk edərək çöllük sahələrə sığınıb. Əhali daha çox formalarını çıxarıb şəhərdən qaçan əsgər və polisə qəzəblidir. Bir zabit isə "Biz İŞİD silahlılarını məğlub edə bilmirik, çünki onlar bizdən fərqli olaraq çox yaxşı küçə döyüşü təlimi alıb. Sanki bir qarabasma kimidirlər, bir göz qırpımında zərbə endirib gözdən itirlər", - deyə bildirib.

Tarix
2014.06.13 / 23:56
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla