Yuxarı

Mən o illəri görməyəcəm, amma siz... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dövlətləri bizə silah, pilotsuz uçan aparatları satmaq istəmədilər, amma biz özümüz inkişaf edərək, lazım olan silahları istehsal edirik. İnşallah, özümüz təyyarə də hazırlayacağıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ərzurumda əhali qarşısında çıxış zamanı Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

"Bu gün bütün lazım olan silahları heç kimə güvənmədən, özümüz istehsal edirik. Bu mənada 2023-cü ilə qədər iqtisadi inkişaf baxışımız da önəm kəsb edir", - deyə prezident bildirib.

O, gənclərə müraciət edərək, Türkiyəni daha güclü etmək üçün var qüvvələri ilə çalışmağa çağırıb: "Mən 2053-cü ili görməyəcəm. Amma siz daha güclü Türkiyəni görməyə şans qazanacaqsınız".

R.T.Ərdoğan Türkiyədə və bölgədəki digər ölkələrdə yaşayan kürdlərə də müraciət edib. Kürdüstan dövlətin yaradılması məsələsinə toxunan prezident onlara dəstək verən qüvvələrə aldanmamağa çağırıb: "Onlar heç vaxt sizin xidmətçiləriniz olmayacaqlar. Sizi istismar edənlərə aldanmayın".

Tarix
2017.10.01 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla