Yuxarı

ABŞ bu savaşlara 5 trilyon xərcləyib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan, İraq və digər ölkələrdə aparılan hərbi əməliyyatlar, həmçinin İŞİD-lə mübarizə sahəsində fəaliyyəti 2001-ci ildən bu yana ABŞ dövlətinə 1.7 trilyon dollara başa gəlib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət büdcəsinin xərcləri barədə araşdırmalar aparan “National Priorities Project” təşkilatı informasiya yayıb.

Təşkilatın məlumatına görə, ABŞ hökuməti təkcə Əfqanıstanda keçirdiyi əməliyyatlarda son 16 ildə 785 milyard dollar itirib. İraqda 2003-cü ilin mart ayında başladılan əməliyyatlara 821 milyard, İŞİD-lə mübarizə isə 17 milyard dollara başa gəlib. Təşkilat hesablama zamanı yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsaslanıb. Burada xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatların, ABŞ dövlətinin gizli saxladığı fəaliyyətlərin, döyüşlərdə həlak olanların ailələrinə verilən konpensasiyalar, veteranların müalicə xərcləri və texnikanın əvəzlənməsi və.s barədə xərclər nəzərə alınmayıb.

Ekspertlər bütün bu xərclərin nəzərə alınacağı halda ABŞ-ın ümumi xərclərinin 5 trilyon dolları ötəcəyini bildirib.

Tarix
2017.10.02 / 14:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla