Yuxarı

İrandan şok açıqlama: “İŞİD-i ABŞ hazırlayıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani İraqda baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Axar.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Şahmani İŞİD-in İraqda bügünki fəaliyyətinin əsl səbəbkarının ABŞ olduğunu deyib.

"ABŞ Açıq Ordular siyasətini siyasətini yeritməklə İŞİD kimi terror qruplaşmalarının ortaya çıxmasına zəmin yaratdı. Bu siyasətin həyata keçirilməsində ABŞ-ın müttəfiqləri maddi, kəşfiyyat kimi yardımlar etdilər. Qorxu, panika və sabitsizlik yaratmaq və azad seçkilər örtüyü altında öz taleyini seçmək istəyən xalqa qarşı silahlı əməliyyatlar həyata keçirmək ABŞ-ın Açıq Ordular siyasətinin əsas hədəfləri sırasında yer alır", - deyə Şahmani bildirib.

İranın İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlıq məsələsinə də toxunan Şahmani, "Bu məsələ psixoloji müharibə çərçivəsindədir və tamamilə xəyaldır" deyib.

Qeyd edək ki, dünən İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi də Amerika rəsmilərinin daima terrorçu qrupları, o cümlədən "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qrupunu dəstəkləməsilə bağlı açıqlama vermişdi.

Tarix
2014.06.17 / 10:11
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla