Yuxarı

Dəhşətli olaylar baş verəcək: heç kim sağ qalmayacaq - Savaş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyəti ucbatından İraqda böyük savaş başlaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri “Doğan” agentliyinə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib.

“Bu savaşda kürdlər hansısa qazanc əldə etməyəcəklər. Hətta onlar bu savaşdan ən zərərli çıxan tərəf olacaqlar. Digər millətlər də zərər görəcəklər. İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə ciddi gərginliklər olacaq, minlərlə kilometr məsafədən raketlər atılacaq. Bu bölgədə maraqları olanlar Əl Qaidəni buraya gətirərək savaşları başlatdılar, ardınca isə İŞİD-i buraya göndərdilər. İŞİD kimlərinsə əmri ilə İraqa gəlib və indi də kimlərinsə əmri ilə İraqdan gedir. Növbəti mərhələdə isə İraqın ərazi bütövlüyü hədəf alınacaq. Bundan heç kim sağ qurtulmayacaq. Kürdlər də bölünəcəklər. Bəziləri Türkiyənin, bəziləri İranın, bəziləri də İraqın yanında yer alacaqlar. Şiələr də bölünəcəklər. Sünnilərin isə onsuz da xəritədəki yerləri təhlükədədir. Türkmanlar bu işdə çox zərər görəcəklər. Bundan sadəcə gizli servislər xeyir götürəcək”, - deyə o bildirib.

Tarix
2017.10.10 / 13:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla