Yuxarı

İki türk ölkəsi arasında qovğa: hərbçilər sərhədə yeridildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə artıq Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi iddia edilib.

Qeyd edək ki, bundan öncə “Korday” sərhəd keçid məntəqəsində Qırğızıstanın sərhədi sərhədi bağlanması nəticəsində böyük növbə yaranıb. Eyni növbələr Qırğızıstanla Qazaxıstan arasında yerləşən Çon Kapka, Ak-Jol və Ak-Tilek sərhəd-keçid məntəqələrində də meydana gəlib. Növbələrin yaranmasına digər səbəb Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının qonşu ölkədəki seçki ilə əlaqədar gücləndirilməsi haqqında qərar verməsi olub.

Qazaxıstan artıq sərhəd-keçid məntəqələrində qalan onlarla insanı qida və sığınacaqlarla təmin etməyə başlayıb.

Qazaxıstan-Qırğızıstan münasibətləri Qırğızıstan Prezidenti Almazbek Atambayevin qazax lider Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda günahlandırmasından sonra başlayıb. Atambayev Nazarbayevə xəbərdarlıq edərək, qırğız müxalifətinin liderlərindən heç birini qəbul etməməyə çağırıb. Qazaxıstan isə öz növbəsində Atambayevin sözlərini yalan və provokasiya adlandırıb.

Tarix
2017.10.12 / 09:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla