Yuxarı

İŞİD-in məşhur “Ağ dul”u öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD tərəfində vuruşan Britaniya vətəndaşı Salli Cons Rakkada ABŞ pilotsuz aparatının hücumu nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” informasiya yayıb.

Məlumata görə, son illər ərzində britaniyalı dindarın fəaliyyətinə Birləşmiş Krallığın xarici kəşfiyyat idarələri tərəfindən nəzarət olunub. Hava hücumu Cons Rakkadan qaçmaq istədiyi zaman endirilib. “Ağ dul” ilə birlikdə 12 yaşlı oğlu da öldürülüb.

“Ağ dul”un həyat hekayəsi ötən il “Əl Həyat” qəzetində nəşr olunub. 4 il öncə Kent qraflığında “Krunç” rep qrupunda çıxış edən 45 yaşlı iki uşaq anası Birminqemdən olan müsəlmana ərə gedib. Salli Cons Suriyaya gəldikdən sonra 12 teraktın təşkilinə və Avropadan İŞİD sıralarına insanların cəlb edilməsinə rəhbərlik edən həyat yoldaşı Cüneyd Hüseynin köməkçisi olub. “Ağ dul” özü ilə birlikdə Suriyaya sonradan islamçı saytlar tərəfindən yayımlanan videoda gənc cəllad rolunu oynayan 12 yaşlı oğlu Co Diksonu da gətirib.

Salli Consun əri 2 il əvvəl ABŞ pilotsuz aparatı vasitəsilə məhv edilib. Salli həyat yodaşına görə qisas alacağına və ilk britaniyalı kamikadze olacağına söz verib. Daha sonra isə o, Qərbdə bir sıra teraktlar planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini açıqlayıb.

Tarix
2017.10.12 / 12:27
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla