Yuxarı

Çevriliş gecəsi ilə bağlı şok iddia: ABŞ-ın dəstəyi…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə dəstək verməsi bütün detalları ilə Ankaraya məlumdur.

Bu haqda Avropa.info-ya Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan, qardaş ölkənin tanınmış jurnalistlərindən biri məlumat verib.

Jurnalistin dediyinə görə, ABŞ-ın Türkiyədəki diplomatik korpusu əməkdaşlarının çevriliş cəhdi gecəsi atdığı addımlar video görüntülərədək rəsmi Ankaranın əlindədir.

“ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğunun bəzi əməkdaşlarının çevriliş cəhdi gecəsi bu qanlı hadisəyə dəstək verməsi detalları ilə Türkiyə hökumətinə məlumdur. Hətta ABŞ diplomatik korpusunun Türkiyədə olan bəzi əməkdaşlarının çevriliş cəhdi gecəsi İncirlikdəki hərbi bazaya getmələri və çevriliş cəhdi baş tutmayınca, oranı xüsusi qapıdan çıxaraq tərk etmələrinin video görüntüləri rəsmi Ankaranın əlindədir.

Bundan başqa ABŞ diplomatlarının telefon danışıqları, İncirlikdəki hərəkətlilik, bu hərbi bazadan qalxan yanacaqdoldurma üçün nəzərdə tutulan təyyarənin havada olan FETÖ-çu hərbçilərin təyyarələrinə yanacaq verməsi kimi faktlar da detalları ilə Türkiyəyə məlumdur. Bununla yanaşı, çevriliş cəhdi gecəsi Yunanıstana qaçan türk təyyarəsinin içində ABŞ xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu haqda da şübhələr var. ABŞ-ın İstanbuldakı baş konsulluğunun çevriliş cəhdi gecəsi FETÖ-çu hərbçilərin qərargahına çevrilməsi ilə bağlı konkret dəlillər mövcuddur. Məhz bu səbəbdən də rəsmi Ankara İstanbuldakı ABŞ baş konsulluğunun türk olan bəzi əməkdaşlarını həbs etdi. Diplomatik qalmaqalın daha da gərginləşməməsi və xarici diplomatların həbsi yolverilməz olduğu üçün Ankara çevriliş cəhdinə bulaşmış ABŞ diplomatlarını həbs edə bilmir. Lakin köhnə səfir artıq Türkiyədəki xidmət müddətini başa vurub, ölkəsinə dönür. Gözlənilir ki, çevrilişdə adı keçən bəzi ABŞ diplomatları da onunla birgə ölkəni tərk etsinlər. Eyni zamanda İstanbuldakı baş konsulun da dəyişdiriləcəyi gözlənilir. Ancaq bu halda ABŞ-la Türkiyə arasındakı soyuq savaş mümkün qədər səngiyə bilər” deyə jurnalist qeyd edib.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı baş konsulluğunun bəzi əməkdaşlarının həbsindən sonra rəsmi Vaşinqton Ankaraya qarşı viza qadağası tətbiq edib. Ankara da buna eynilə cavab verib.

Tarix
2017.10.12 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla