Yuxarı

Atambayevdən Nazarbayevə: Sizdə dəhşətli aclıq olanda…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gündür ki, mən Qazaxıstan-Qırğızıstan sərhədində özbaşınalığı müşahidə edirəm. Burada Avrasiya İttifaqının bütün normaları və razılaşmaları pozulur.

Axar.az xəbər verir ki, bunu güc strukturlarının nümayəndələrinin qarşısında çıxışı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

“Üç min illik tarixi olan xalq üç günlük blokadadan heç vaxt qorxmaz. Bizim xalq üçün şərəf həyatdan üstündür. Biz çox şey görmüşük. 2010-cu ildə bizə qarşı ay yarımlıq blokada tətbiq edildi. Biz insanların əziyyətlərini görmüşük. Bunun da öhdəsindən gələcəyik və öz müstəqilliyimizi müdafiə edəcəyik. Əgər sən qonşunun evini yandırmaq istəyirsənsə, unutma ki, külək sənin evinə də od salacaq. Qazaxıstanda dəhşətli aclıq olanda yüz minlərlə qazax bizim xalqın sayəsində həyatda qaldı. Heç vaxt xanlar, sultanlar, prezidentlər iki qardaş xalqı bir-birindən uzaq sala bilməyəcəklər. Qırğızlar heç vaxt diz üstə çökməyəcəklər”.

Qeyd edək ki, Qazaxıstan-Qırğızıstan münasibətləri Qırğızıstan Prezidenti Almazbek Atambayevin qazax lider Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda günahlandırmasından sonra başlayıb.

Tarix
2017.10.13 / 15:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla