Yuxarı

3 il sonra Moskvanı gözləyən dəhşətli sonluq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov məlumat verib.

Onun sözlərinə görə, bu komplekslər ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin effektivliyini Rusiya və Çinin strateji nüvə güclərinin obyektlərinə zərbələrin vurulması zamanı əhəmiyyətli dərəcədə artırır. Yemelyanov vurğulayıb ki, ani qlobal zərbə vasitələrinin yaradılması Vaşinqtonun yaranmış güc balansını dağıtmaq və qlobal strateji hökmranlığı təmin etmək cəhdini təsdiq edir.

Daha əvvəl Rusiya Baş qərargahının Baş operativ idarəsinin rəisinin birinci müavini, general-leytenant Viktor Poznixir dəqiqləşdiririb ki, ani qlobal zərbə komplekslərinin birinci partiyasının Amerika Silahlı Qüvvələrinin arsenalına 2020-ci ildə daxil edilməsi planlaşdırılır. O həmçinin söyləyib ki, bu, dünyada qızğın silahlanmanı stimullaşdırır və başqa dövlətləri cavab hərbi-texniki addımları atmağa məcbur edəcək.

Publika.az xəbər verir ki, PGS zərbə haqqında qərarın qəbul olunması anından 60 dəqiqə ərzində Yer kürəsində istənilən hədəfə zərbə vurmağa icazə verən qeyri-nüvə yüksək dəqiqlikli sistemlərdir. Belə komplekslərin hədəfləri ballistik raketlərin mobil və stasionar işəsalma qurğuları, nəzarət məntəqələri və nüvə obyektləridir. Hazırda PGS vasitələrinin üç tipi məlumdur.

Birinci tip yüksək dəqiqlikli qeyri-nüvə döyüş blokları ilə təchiz edilmiş adi qitələrarası ballistik raketlərdi. İkinci tip, strateji hipersəsli qanadlı raketlərdi. Nəhayət, üçüncü tipə kinetik silahlar adlandırılan və yüksək dəqiqliklə kosmik orbitdən atılarn raketlər daxildir. Kosmosdan atılan belə raket Yer kürəsinə çatanda ətrafa ekvivalenti 12 ton olan partlayış zamanı ayrılan miqdarda enerji yayır.

ABŞ tərəfindən zərbələrin endirilmə ehtimalını yüksək qiymətləndirən Rusiya müdafiə komplekslərinin, ilk növbədə raket hücumu haqqında erkən xəbərdarlıq sisteminin (SPRN) genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bundan başqa, S-500 universal hava hücumuna qarşı raket əleyhinə kompleksinin təkmilləşdirilməsi üzərində iş gedir.

S-500 təkcə istənilən hava hədəflərini məhv etməyi bacaran yeni nəsil silahlandırmasının növü deyil. Həm də dünyada analoqu olmayan antikosmik müdafiə kompleksidir. Bu kompleks ballistik və hipersəsli qanadlı raketləri, həmçinin, “Selt” texnologiyası üzrə hazırlanmış, yəni “gözəgörünməz” olan təyyarələri və pilotsuz uçan aparatları, hətta aşağı orbitlərdə işləyən kosmik peykləri də vurmaq gücünə sahibdir.

Nəhayət, Rusiyada perspektivli “Nudol” hava hücumundan müdafiə sistemin yaradılması üzərində işlər gedir.

Tarix
2017.10.13 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla