Yuxarı

Qorbaçovun saxta pul kəsən məşhur sürücüsü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pulda 4 mühafizə sistemi olur. Onlardan birincisi adi insanların müəyyən etmələri üçün olan və pulu tərpədəndə rəngi dəyişən işarədir. Digərləri isə aparatlar, xüsusi işıqlar vasitəsilə müəyyənləşdirilir.

Axar.az xəbər verir ki, bunu Azər Türk Bankın mətbuat katibi Rauf Ağayev saxta valyutalardan qorunmağın yolları haqqında danışarkən deyib. O bildirib ki, saxta pulun tarixi, demək olar ki, həqiqi pulun ortaya çıxması ilə eynidir:

“Saxta pulun hazırlanması ilə bağlı dövlətlər səviyyəsində çox böyük cəzalar tətbiq olunub. Dünya səviyyəsində saxta pullar içərisində ən çox rast gəlinən dollardır. Ölkədən asılı olmayaraq, harada şəraiti qura bilirlərsə, orada da saxta pulun hazırlanmasını həyata keçirirlər. Daha çox hazırkı dövrdə ərəb, Afrika ölkələrində bu cür saxta pullara rast gəlinir. Vaxtilə İraqda çap olunan saxta dollar, “ən yaxşı saxta dollar" hesab olunurdu. Çünki əslindən bir o qədər də seçilmirdi. İqtisadiyyatı çökdürmək üçün çap olunan saxta dollarlar isə tamamilə başqadır. Onu gerçəyindən çox çətinliklə seçmək olur. Vaxtilə İngiltərə iqtisadiyyatını da çökdürmək üçün saxta funt-sterlinqlər dövriyyə buraxılmışdı".

Ekspert bildirib ki, manat olduqca yüksək mühafizə sisteminə malik olan əsginazdır:

“Azərbaycan saxta dolların yayılması üçün o qədər də əlverişli yer deyil. Çünki xarici valyutanın miqdarı və əhalinin sayı azdır. Dünyada ən çox saxta pul dəyişən erməni olub. O, 15 milyon dolları dəyişdiyini etiraf edib. Həmin erməni dağda sex qurub, orada saxta pul kəsirmiş. Həyat yoldaşı da deyirmiş ki, ərinə həkim resept yazıb ki, dağ havasında çox gəzsin, ona görə də dağa gedir. SSRİ məkanında ən böyük məbləğdə saxta pul isə Mixail Qorbaçovun Baranov soyadlı sürücüsündə olub. Onun düzəltdiyi saxta pullar Rusiya Daxili İşlər Nazirliyinin muzeyində saxlanılır”.

Tarix
2017.10.16 / 22:03
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla