Yuxarı

İrəvanın səfir böhranı: Minasyan əvəzinə “xaç oğul”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə namizəd olan keçmiş deputat Ruben Sadoya keçmiş nəqliyyat naziri Qagik Beqlaryanın xaç oğludur.

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Sadoyanın namizədliyini Beqlaryanın aktiv şəkildə müdafiə etdiyini bildirib. Aydındır ki, keçmiş nazirin Gürcüstan siyasi elitası ilə yaxşı əlaqələri var. O, həmçinin, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə dost münasibətlərə sahibdir. Məhz Beqlaryan xaç oğlunun namizədliyinin lobbiçiliyini aparır.

Ermənistanda qohumbazlıq çiçəklənir. Burada öz adamlarını irəli çəkmək sağlam məntiq tərəfindən qəbul edilir. Sadoyana gəlincə isə onun özünün də Gürcüstanda biznes maraqları var.

Gürcüstandakı səfir kreslosu mübarizəsinə Xarici İşlər Nazirliyi də aktiv qoşulub. XİN bu vəzifədə ümumi dil tapa biləcəyi insan görmək istəyir. İddialara görə, XİN-in namizəd qurumdakı ən yüksək vəzifəni tutan şəxslərdən biri olacaq.

Gürcüstandakı səfir vəzifəsinə digər namizəd isə Cavaxetiyadan olan eks-deputatlardan biri ola bilər. Bu istiqamətdə daha çox Respublika Partiyasından olan eks-deputat Vardan Ayvazyanın adı çəkilir. Ayvazyanın artıq özünün Gürcüstanda kapitalı var. O, Gürcüstanda ən böyük balıq təsərrüfatının və “Apatxuri” istirahət mərkəzinin sahibidir.

Qeyd edək ki, bundan öncə səfir vəzifəsinə politoloq Sergey Minasyanın namizədliyi irəli sürülsə də, Gürcüstan bunu qəbul etməmişdi. Tiflis Minasyanı həm Rusiya ilə əlaqələrinə, həm də Bakı və Ankaranın narazılığına görə rədd etmişdi. Ermənistan mətbuatı isə Minasyanın yerinə Sadoyanın bu vəzifəyə təyin olunacağını yazmışdı.

Tarix
2017.10.17 / 17:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla