Yuxarı

Con Kennedi sui-qəsdi: 6 versiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 35-ci prezidenti C.Kenedinin Dallasda ölümündən düz yarım əsr ötür. Buna baxmayaraq, hələ də sifarişçinin kim olduğu naməlum olaraq qalır. Bu naməlumluq bir çox versiyanın inkişaf etməsinə gətirib çıxarıb. "Axar.az" 6 versiyanı təqdim edir.

 

1. MKİ və FTB

 

1995-ci ildə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Con Nyuman qatil Li Harvi Osvaldın şəxsi işinin Kenedinin ölümündən öncə və sonra dəyişikliklərə məruz qaldığı haqda sübutları ictimailəşdirir. Nyumanın verdiyi məlumata görə, xüsusi təyinatlılar sui-qəsdin ola biləcəyi haqda məlumat verə bilsələr də, lakin bunu etmirlər. Bundan əlavə 2007-ci ildə MKİ-nin eks-agenti olan Hantın kitabı çixir. Orda sui-qəsdin MKİ agentlərinin təşkil etdiyi bildirilir. Daha sonra Hantın oğlu bu məlumatları "Rolling Stone" jurnalına təsdiqləyir və bildirir ki, atası ölümdən öncə cinayətin arxasında MKİ-nin Kubada əməliyyat rəhbəri olan Conson, agentlər Kord Meyer, Uilyam Harvi, David Sançesin durduğunu deyir.

 

2. Pentaqon

 

C.Kenedinin bəzi tərəfdarları ehtimal edirdi ki, prezidentin ölümü ABŞ-ın Vyetnama hərbi müdaxiləsinə heç bir maneə olmamağı üçün təşkil olunmuşdu. Belə fikirlər var ki, Kenedi amerikalıların Vyetnam münaqişəsində iştirakını istəmirdi. Ona görə o, müharibədə maraqlı olan şəxslərin hədəfinə çevrildi. Texasın keçmiş senatorunun sözlərinə görə, əgər Kenedi sağ olsaydı, Vyetnam müharibəsi olmazdı. Digər versiyaya görə isə, onun "soyuq müharibəni" SSRİ ilə bitirib barış istəməsi idi.

 

3. ABŞ-ın Məxfi xidməti

 

Şübhələr var ki, Amerika dövlətinin 1-ci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi xidmət bu faciənin qarşısını almaq üçün heç nə etməyib. Bu məlumata görə, sui-qəsd haqda onların xəbəri olub. Bundan əlavə avtomobilin ön oturacağında oturan Məxfi xidmətin əməkdaşı R. Kellermanın hadisə zamanı prezidenti qorumağa və ya 1-ci atəşdən sonra ona hər hansı bir kömək etməyə cəhd göstərməməsi faktı sui-qəsd nəzəriyyəçilərini şübhələndirir. Rəsmi məlumata görə, atəş bir neçə dəfə açılıb.

 

4. Mafiya

 

Cinayətin sifarişçisi Amerika mütəşəkkil cinayət təmsilçiləri də ola bilərdi. Onları buna sövq edən qisas hissi idi. Kenedinin prezidentliyi zamanı mafiya təşkilatlarına qarşı açılan cinayət işləri 80%-dək çoxalmışdı.

 

5. Kuba hökuməti

 

"Uoren komissiyası" bildirdi ki, onun əməkdaşlarına Kenedinin ölümünə Kuba komandanı Fidel Kastro və onun ətrafının əlaqədar olması ilə bağlı onlarla sənəd daxil olub. Konspiroloqlar kubalı liderin onu dəfələrlə öldürmə cəhdlərinə məhz belə cavab vermək istədiyini bildirib.

 

6. SSRİ

 

Konspiroloqların ən aydın versiyası isə Kenedinin ölümü SSRİ-yə sərf etməsidir və ona görə onlar Dallasda Kenediyə sui-qəsd hazırlayıb. Ən çox şübhəyə səbəb isə qatilin bir müddət SSRİ ərazisində yaşaması olub. Sui-qəsd nəzəriyyəsinin tərəfdarları səbəbin çox sadə olduğunu bildirir. Nikita Xruşşov "Karib böhran"ına görə qisas alırdı. Lakin bu fərziyyəyə heç bir sübut yoxdur.

Tarix
2013.11.22 / 21:00
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla