Ana səhifə Hadisə |
İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 il tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzar aşkarlanıb.
Kult.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb.
Məlumata görə, İstanbulda yerləşən “Barbaros” bulvarı yaxınlığında tapılan qalıqlar İstanbulun tarixini dəyişə biləcək informasiyaları ortaya çıxarıb. Hazırda İstanbulda tapılan ən qədim məzarlıqda qazıntı işləri davam etdirilir. Şimali Qara dəniz mədəniyyətinə aid olan qalıqların tapılması elm adamlarının həyəcanına səbəb olub.
Beşiktaşda gedən arxeoloji qazıntıların nəticələri türklərin Anadoluya girişini 1071-ci ildə Malazgird döyüşünə bağlayan tarixi məlumatın dəqiqliyini sual altında qoyub. İlkin proqnozlara əsasən, məzarların tunc dövrünün sonu və dəmir dövrünün ilk mərhələsinə (e.ə 1200-1500) aid olduğu bilidirilir.
Tarix
2017.10.26 / 13:43
|
Müəllif
Orxan Tağıyev
|
Oxunub
17 516
|