Yuxarı

Napoleonu dəli və... imperator edən qadın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Napoleonun gələcək həyat yoldaşı 1763-cü ildə Martinika adasında plantator ailəsində dünyaya göz açıb. Heç nə bu sadə kəndçi qızının müəyyən zaman keçdikdən sonra Fransa imperiyasının birinci xanımı olacağına işarə etmirdi. Hətta doğmalarına belə bunun haqqında onun dünyaya gəlişi zamanı söyləsəydin, gülərdilər. Buna səbəb də var idi, çünki onlar saray işlərindən çox uzaqda idilər.

Jozefinanın 16 yaşı olanda bəxt ulduzu öz şəfəqlərini bu gənc qızın üzərinə salır. Vikont Aleksandr de Boqarnenin həyat yoldaşı olan gələcək imperatriçə sonradan əri ilə birgə Parisə yollanır.

Paris günləri

Burada o hər zaman adi olan həyatının günlərini davam etdirirdi. 15 il sürən evlilik zamanı iki uşaq dünyaya gətirmişdi – Ejena və Qortenziya. 1794-cü ildə onun taleyində yenidən bir dönüş yaşandı. Vikont həbs edildi, daha sonra isə gilyotində edam edildi. Jozefinanı da az qala eyni tale gözləyirdi, amma sonda bəxti üzünə güldü. 9 termidor çevrilişi. Məhz bu, qadının "Konsyerjeri" həbsxanasından azad olmasına səbəb oldu.

Artıq iki uşağıyla dul qalmış qadının qarşısında yalnız bir sual dururdu – bundan sonra nə etmək lazımdır?

Bütün pul ehtiyatlarının bitməsinə və böyük borcların yaranmasına baxmayaraq, Jozefina artıq yeni qərar vermişdi. Paytaxtın ali təbəqəsinin həyatında yaxından iştirak etməli idi. Elə bu qərar qadını iki uşağı ilə yaşamasına kömək edirdi. Ona maddi köməyi kişilər göstərirdilər. Artıq elə də cavan olmayan, amma öz gözəlliyini və təravətini əvvəlki kimi qoruyub saxlayan qadının qarşısında əksər kişilər diz çökürdülər.

Bonapartla tanışlıq

1795-ci ilin sentyabrında Parisin ən möhtəşəm salonlarından birində 9 termidorun aparıcı şəxslərindən olan Pol Barras, Jozefinanı gənc general Bonopartla tanış etdi.

Yeri gəlmişkən, burada Barrasın xeyir güdmədən hərəkət etməsini söyləmək yalan olardı. Ən azı o bir müddət idi ki, Jozefina və onun iki uşağının əziyyətinə qatlanırdı. Jozefinanın pula ehtiyacının olmasını öyrənməsi və bunu qarşılaması onun üçün zərərlə başa gəlirdi, üstəlik Barrasın Tereza Talyenlə də əlaqələri pozulurdu. Ona görə də nə olur-olsun, kəndçi qızını özündən uzaqlaşdırmaq lazım idi. Artıq məqsədinə nail olmuşdu. Birinci görüşdən etibarən Bonapartla Jozefina bir-birinə qarşı həddindən artıq maraq göstərməyə başladılar və tezliklə bu maraq sevgiyə çevrildi. Bu, gənc general üçün də sərfəli idi. Çünki belə etməklə o, "respublikanın kralı"nın xüsusi himayəsinə sığına bilərdi.

Göy yaqutla bəzədilmiş üzük və: "Bu, taledir"

Bu sevgi macərası o qədər fırıtınalı oldu ki, artıq bir il sonra Napoleon və Jozefina bələdiyyə binasında vətəndaş nikahına girdilər. Əlavə olaraq, tərəflər bir-biriləri arasında nikah müqaviləsi imzaladılar. Toy hədiyyəsi kimi Napoleon həyat yoldaşına göy yaqutla bəzədilmiş üzük hədiyyə etdi. Onun üzərində xüsusi qrafika ilə işlənmiş bir söz yazılmışdı: "Bu, taledir".

Bütün bunlardan sonra isə Pol Barras yeni cütlüyə Bonapartın İtaliya ordusuna rəhbər təyin edilməsi barədə xəbər verdi.

Beləliklə, toydan cəmi iki gündən sonra Napoleon cəbhəyə Sardiniya və Avstriya ordularına qarşı döyüşməyə yollanır. Onun həyat yoldaşı isə Parisdə qalaraq, yenidən öyrəşdiyi həyat tərzinə qayıdır. Yeni həyat yoldaşının yeni statusu artıq maddi vəziyyəti yaxşılaşmış qadının heç nəyə ehtiyat etmədən kifayət qədər pul xərcləməsinə şərait yaradırdı.

Napoleon yeni arvadına hər poçt stansiyasından ehtiras və şəfqət dolu məktublar göndərirdi. O, qardaşına yazırdı:

"Sən özün əla bilirsən ki, Jozefina mənim bu dünyada valeh olduğum yeganə qadındır. Əgər o məni sevmirsə, o zaman mənim yer üzündə yaşamağımın nə mənası var?".

Bonapart Jozefinaya az qala yalvarırdı ki, onun yanına köçsün. Bu zaman o, yalandan hamilə olduğunu bildirir. Gələcək imperatriça belə etməklə canını ərinin yürüşlərinin cazibədarlıqlarından qorumağa çalışırdı.

Furenin arvadı və Jozefinadan boşanmaq

Misiri işğal edəndən sonra Napoleon anası, bacıları və qardaşlarından öyrənir ki, sən demə, həyat yoldaşı üçün Paris əri olmadan belə darıxdırıcı deyil. Buna cavab kimi o, leytenant Furenin arvadını özü üçün əsas favorit edir. Hətta vəziyyət o yerə çatır ki, artıq əsgərlər də onu "sizin general xanımınız" deyə çağırırdılar. Fransaya qayıdan zaman isə general tam ciddi şəkildə Jozefinadan boşanmaq qərarına gəlir.

Lakin qadın üçün bu boşanma dəhşətli faciə ola bilərdi. Jozefina nəhayət ki, ərini düzgün qiymətləndirmədiyini anlamışdı. O, hər şeydən birdən-birə məhrum olmamaq və öz ərinin hörmətini təzədən geri qaytarmaq üçün yeni addımlar atmağa başlayır. Günlərlə ərinin qapısının ağzında onunla görüşməkdən ötrü gözləyir, uşaqlarını onu bağışlaması üçün Bonapartla danışmalarına razı sala bilir. Sonda istədiyinə nail olur. Napoleon çox dözmür və həyat yoldaşını bağışlayır. Jozefinanın iki milyonluq borcunu ödəyir.

"Xeyir mələyi"

Heç də axmaq qadın olmayan madam Bonapart bu situasiyadan özü üçün nəticə çıxardı. Bundan sonrakı zamanda ərinin səbrini imtahana çəkməyin yaxşı nəticələr verməyəcəyini anlayan qadın ikinci dəfə belə səhv buraxmamağa çalışdı. Çünki ikinci dəfə Napoleon onu bağışlamayacaqdı.

Münasibətlərin davam etməsi Napoleon Bonapart üçün də sərfəli idi. Çünki o, Jozefinanın simasında özünə dost, məsləhətçi, iti ağla sahib həmsöhbət, etibarlı müttəfiq qazanmışdı. Məhz bu qadın özünün mükəmməl diplomatik bacarığını göstərərək, generalla yuxarı təbəqənin nümayəndələri arasında münasibətlər yaradırdı. Tezliklə gələcək imperatorun tərəfinə zadəganları çəkməklə Fransanın siyasi tarixində mühüm rol oynamış oldu. Jozefina xeyriyyəçiliklə məşğul olur, məsləhətyönlü məktublar yazır, nazirdən hər hansı aristokratın müsadirə edilmiş mülkünün geri qaytarılması üçün xahiş edir, emiqrantların işi ilə maraqlanır və digər işlər görürdü. Bunun sayəsində tezliklə o hər kəs tərəfindən "xeyir mələyi" deyə çağırılmağa başlandı.

Kariesdən məhv olmuş və qaralmış dişlər

Bir sözlə, Napoleon Bonapartın beş il ərzində 1799-cu ilə qədər apardığı oyunda Jozefina onun ən yaxın partnyoru oldu. Ona görə də o hər zaman təkrarlayırdı ki, Jozefina tale tərəfində ona verilmiş talismandır və yalnız onun qarşısında o öz fantastik yüksəlişlərinə görə ona borcludur.

Jozefina indi daha çox ərini itirəcəyindən qorxurdu və belə olmaması üçün əlindən gəldiyi qədər çalışırdı. O, artıq gənc deyildi və gözəlliyini də günü-gündən itirirdi. Xüsusilə kariesdən məhv olmuş və qaralmış dişlərini göstərməməkdən ötrü ağzını açaraq gülə bilmirdi.

Jozefinanın kifayət qədər çox rəqibləri vardı. Belə ki, Napoleon daima qadınlarla əhatə olunurdu. O özü hər zaman bunları deyərək gülərdi: "Bonaparta qadınlar etiraz edə bilərlər, Napoleona isə heç vaxt!"

Necə imperatiriçça olmamaq olar?

Nəyin naminə olur-olsun, Jozefina hər zaman ərini yaxınlığında, özünə aid olan bir cəmiyyətdə saxlamağa çalışırdı. Bir tərəfdən onun yüksəlişinə çalışsa da, digər tərəfdən böyük əziyyətlərin hesabına ərini müəyyən qədər çətin vəziyyətə salmağa çalışırdı.

Napoleonun Fransanın imperatoru olması onun üçün heç sərfəli deyildi. Bunun arxasında heç bir özəl siyasi motiv gizlənmirdi. Səbəb, sadəcə, Jozefinanın qadınlıq qorxusu ilə bağlı idi. O, bundan sonra taxt üçün varis dünyaya gətirə bilməyəcəyindən və ümumiyyətlə, uşağı olmayacağından qorxurdu. Əgər belə bir vəziyyət yaşansaydı, o zaman Bonapart imperator olan kimi boşanma qaçılmaz olacaqdı.

VII Piyin tacı

Buna görə də xanım Bonapartın Fransanın ən birinci antibonapartçısı olması üçün əlində ən sadədən tutmuş ən ciddiyə qədər kifayət qədər səbəbi var idi. O, hətta özünə müttəfiq axtarmağa da cəhd etmişdi. Belələrindən biri polis nazirin simasında Jozef Fuşe idi. Onun vasitəsilə birinci konsulun ifrat dərəcədə olan niyyətlərinə qarşı mübarizə aparmaq olardı.

Napoleon bu ittifaqı asanlıqla dağıtdı. O, Fuşeni senator təyin etdi və ona kompensasiya ödədi. Jozefinanı isə onun sonsuzluğunun həlledilməz problem olmadığını anlatmaqla sakitləşdirməyə çalışdı. Həll variantı kimi isə qızı Qortenziyanı kiçik qardaşı Luiyə ərə verərək, bu evlilikdən doğulan uşağı oğulluğa götürüb varis etməyi təklif etdi.

Artıq çıxış yolunun tapıldığı hesab edilirdi. 30 noyabr 1804-cü ildə Napoleonla Jozefinanın kilsədə evlənmə mərasimləri təşkil olundu. İki gün sonra isə o, papa VII Piyin əlindən tacı alaraq, əvvəlcə onu özünə, sonra isə həyat yoldaşı üçün tac qoyma mərasimi keçirtdi.

Avstriyalı Mariya-Luiza

Sonraki beş il ərzində Jozefina imperatriça olaraq qaldı. Tale ona son və ən güclü zərbəsini endirdi. Taxtın varisi, Qortenziyanın oğlu vəfat etdi və boşanma sonunda baş tutdu. Napoleon həyat yoldaşını Habsburqların nəslindən olan avstriyalı Mariya-Luizaya dəyişdi. 1809-cu ilin 15 dekabrında Napoleonun son qərarını öyrənən Jozefina huşunu itirərək yerə yıxılır.

Boşanmadan sonra Napoleon yazırdı: "Mən tələb edirəm ki, o bütün həyatı boyu imperatiriça titulunu saxlasın. Ən başlıcası isə qoy mənim ən əziz adamım ona qarşı olan hislərimdən şübhələnməsin". Jozefinaya ömrünün sonuna qədər imperatiriça kimi hörmət edildi.

Bonapartdan sonra

Jozefina de Boqarne 29 may 1814-cü ildə Napoleonun Elbaya sürgün edilməsindən sonra vəfat etdi. Deyilənlərə görə, onun ən son sözləri – "Elba!" "Napoleon!" – olub. İmperator sonuncu dəfə özünün uğursuz gedişini - hakimiyyəti geri qaytarmağa cəhd edəndə Jozefinanın şəxsi həkimini yanına çağıraraq, onun ölümünün səbəblərini soruşmuşdu. Həkim isə, sadəcə, bunları demişdi: "Dərd, hüzn, sizə görə qorxu".

5 may 1821-ci ildə Napoleon Müqəddəs Yelena adasında vəfat etdi. O, ölümqabağı bu sözləri sayıqlayırdı: "Ordu... Fransa... Jozefina..."

Tarix
2013.11.22 / 22:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla