Yuxarı

İraq ordusundan hücum: Türkiyəyə şad, ABŞ-a bəd xəbər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu ABŞ-ın 2014-cü ilin sentyabrından etibarən YPG-yə silah-sursat və zirehli texnika göndərdiyi Yarubiyə sərhəd qapısını ələ keçirib.

Axar.az xəbər verir ki, “Yeni Şəfəq” qəzeti bununla da ABŞ-ın YPG terrorçularına silah göndərdiyi yollardan birinin İraq ordusunun nəzarətinə keçdiyini yazıb.

ABŞ-ın YPG-ni təchiz etdiyi digər “terror qapısı” isə Semelkadır. İraq qüvvələrinin növbəti hədəfinin məhz Semelka qapısı olduğu deyilir. Çünki bu bölgə peşmərgə ilə YPG arasında ən mühüm dəhliz hesab olunur. YPG buna görə peşmərgə ilə İraq ordusu arasında bu bölgədə davam edən qarşıdurmalara qoşularaq, kürd silahlılarına dəstək verir.

Qeyd edək ki, Türkiyə hökuməti vaxtaşırı olaraq ABŞ-ın YPG terror təşkilatını silah-sursatla təchiz etməsini tənqid edir və rəsmi Vaşinqtonu bu addımından daşınmağa çağırır. Bu mənada sözügedən sərhəd qapıları uğrunda davam edən əməliyyatlar və qazanılan zəfər Türkiyənin də maraqlarına uyğun gəlir.

Tarix
2017.10.27 / 13:55
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla