Ana səhifə Planet |
Dünən axşam Moskva metrosunda vaqona minmiş monqoloid
görkəmli qeyri-slavyan gəncin slavyan gənclər tərəfindən
döyülməsinin video görüntüsü bu gün "Yutub"a
yerləşdirilib.
"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə,
sifətdən qeyri-slavyan olduğu açıq görünən gənci vaqonun
"Savelovskaya" və "Çexovskaya" stansiyaları arasında durmadan
döyürlər. Rus mətbuat orqanları onun üzərinin çirkli olduğunu iddia
etsələr də əşyalardan gəncin tələbə və yaxud yaxud əsgərlikdən
təxris olmuş qeyri-slavyan rusiyalı olduğu anlaşılır. Çünki ona
kənardan "Ordudansan?" deyə sual verilir.
Daha sonra qatar "Çexovskaya" stansiyasında dayanır və içəridən qız
səsi gəlir: "Atın onu bayıra". Maraqlıdır ki, stansiyada olan
polislər döyülmüş qeyri-slavyanın slavyanlar tərəfindən çölə
atılmasına heç bir reaksiya vermirlər.
Tarix
2013.11.22 / 23:02
|
Müəllif
Axar.az
|