Yuxarı

Bərzani torpaqlarının 30 faizini itirdi – Döyüşlər davam edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyəti müstəqillik referendumundan sonra nəzarət etdiyi torpaqların 30 faizini itirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr danışıb.

“Atışmalar bu dəqiqə davam edir. Cəbhə xəttinin hər yerində atışmalar gedir. Döyüşlərdə ABŞ istehsalı “Abrams” tankı vuruldu. Bu vurulan ikinci belə texnikadır. Bundan əlavə çox sayda zirehli “Hammer” avtomobili vurulub. İraq ordusu başqa bir irəliləyiş əldə edə bilmədi. İraq ordusu və Haşdi-Şabinin hücumları nəticəsində Kürd Muxtariyyəti referendum ərəfəsində sahib olduğu torpaqların 30 faizini itirdi”, - Babəkr deyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində 25 sentyabr tarixində müstəqillik referendumu keçirilib.

Tarix
2017.10.27 / 15:59
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla