Yuxarı

Moskvanın Yaxın Şərq siyasətinə cavab: Silah bazarı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yeni sanksiyalarla Rusiyada özünə rəqib hesab etdiyi hərbi sənaye komplekslərini zəiflətmək məqsədi güdür.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı tətbiq edəcəyi sanksiyalar və yeni qanun layihəsinin Rusiyadan silah idxal dövlətlərə təsiri məsələsini şərh edən politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, ABŞ-ın yeni sanksiyaları birbaşa Rusiyanın hərbi sənaye kompleksinə qarşı yönəlib:

“ABŞ-ın bir məqsədi var, o da Rusiyada özünə rəqib hesab etdiyi hərbi sənaye komplekslərini zəiflətmək. Konqres qanun layihəsini qəbul edərsə, sanksiyaların Rusiyadan silah alan ölkələrə təsir göstərəcəyini düşünmürəm. Sadəcə, Rusiyadan alınan silahların təminatı məsələsi qalır ki, bu da sanksiyalardan asılı deyil”.

Millət vəkili Asim Mollazadənin sözlərinə görə, Vaşinqtonun yeni sanksiyaları Moskvanın Ukrayna və Yaxın Şərqdəki müdaxilələrinə bir cavabdır:

“ABŞ-ın yeni sanksiyaları əsasən Rusiyaya qarşı yönəlib. Ona görə sanksiyaların Rusiyadan silah idxal edən dövlətlərə heç bir təsiri olmayacaq. Bununla yanaşı, ABŞ-ın Rusiya və bu ölkənin müvafiq qurumları ilə əməkdaşlıq edən şirkətləri, bəzi şəxsləri də müvafiq cəzalara məruz qalacaqlar”.

Qeyd edək ki, ABŞ Rusiya müdafiə sənayesinə qarşı yeni sanksiyalar hazırlayır. Tillerson artıq sanksiyaların tətbiq olunacağı müəssisələrin siyahısını hazırlayıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert siyahıya salınacaq şəxslərin adlarının hələlik gizli saxlanıldığını bildirib.

Tarix
2017.10.29 / 10:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla