Ana səhifə Planet |
ABŞ Kubada biloji silah tətbiq etmək istəyib.
Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Prezidenti Con Kennedi sui-qəsdi ilə bağlı Federal Təhqiqatlar Bürosunun üzərindən məxfilik qrifi götürülmüş sənədlərində yer alıb. Yeni yayımlanan sənədlərə əsasən, Vaşinqton Kubaya qarşı gerçəkləşdiriləcəyi əməliyyat "Firon siçanı" adlandırılacaqdı. 6 sentyabr 1962-ci ildə FTB-də keçirilən toplantıya general Marşal Karter də qatılıb. Məhz bu toplantıda o, təbii maddə şəklində hazırlanmış bioloji zəhərdən Kubadakı əkin ərazilərinə qarşı istifadə olunmağını təklif edib. Katerin təklifinə dəstək olaraq Kennedinin milli təhlükəsizlik müaşviri Makcorc Bandi bu sabotajın gizli qalması şərti ilə icrasına izn veriləcəyini söyləyib. Yeni yayımlanan sənəddə həmçinin toplantı zamanı Kubadakı SSRİ ordusuna hücum məsələsinin gündəmə gəldiyi də vurğulanıb.
Tarix
2017.10.29 / 13:53
|
Müəllif
İlkin Həsənov
|