Yuxarı

Azərbaycanlı oğurlandı: Milyon yarım istəyirlər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan əsilli kişi maskalı şəxslər tərəfindən oğurlanıb.

Axar.az “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hadisə 25 oktyabrda axşam saatlarında Viborsk rayonunda qeydə alınıb. Oğurlanan şəxsin 45 yaşlı həyat yoldaşı bu barədə polisə məlumat verib.

O bildirib ki, 3 maskalı şəxs 48 yaşlı həyat yoldaşını zorla maşına mindirərək ərazidən uzaqlaşdırıblar və daha sonra həmin şəxlər qadına zəng edərək 1.5 milyon avro qarşılığında kişini azadlığa buraxacaqlarını deyiblər.

Ərazidə yerləşən təhlükəsizlik kamerasına baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, cinayətkarlar azərbaycanlını zorla göy rəngli “Volksvagen Karavella” markalı mikroavtobusa mindiriblər.

Həmçinin müəyyən edilib ki, cinayətkarların qadına zəng etdiyi telefon nömrəsi Ukrayna vətəndaşının adına qeydiyyatda olub.

Faktla bağlı araşdırmalar davam edir.

Tarix
2017.10.29 / 19:28
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla