Yuxarı

Sui-qəsdə məruz qalan məşhur çeçen danışdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:20

Ukraynanın paytaxtı Kiyevin Qlevaxa qəsəbəsi yaxınlığında Adam Osmayevin avtomobili gülləbaran edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko paylaşıb. Osmayevlə birgə avtomobildə xanımı Əminə Okuyeva da olub. İnsident nəticəsində Osmayev yaralanıb, onun həyat yoldaşı isə başından aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, Osmayevə bundan öncə iyun ayında hücum olmuşdu. O zaman Sankt-Peterburqdan olan çeçen əsilli sahibkar Artur Denissultanov Osmayevi yaralamış, onun həyat yoldaşı Okuyeva isə cavab zərbəsi ilə sahibkarı vurmuşdu. Maraqlı məqam odur ki, Denissultanov sui-qəsdini həyata keçirməzdən əvvəl cütlüyə özünü Fransanın “Le Mond” qəzetinin nümayəndəsi kimi təqdim etmişdi.

2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəmişdilər. Osmayev 2014-cü ilin noyabrında azadlığa çıxmışdı.

Ukraynada Cövhər Dudayev adına çeçen batalyonunun komandiri məşhur general İsa Munayevin 2015-ci il fevralın 1-də Debaltsova yaxınlığında gedən döyüşlərdə həlak olmasından sonra Osmayev bu batalyona rəhbər gətirilmişdi. Sonradan Rusiya mətbuatı Munayevin ölümündə məhz Osmayev və Akuyevanı günahkar bilmişdi.

***

Dudayev batalyonunun lideri Adam Osmayev jurnalistlərə özünə qarşı təşkil edilən sui-qəsd haqqında məlumat verib.

O, açıqlamasını sui-qəsddən az sonra xəstəxanada edib. Osmayev avtomobilinin dəmiryolu keçidindən keçdikdən az sonra gülləbaran edildiyini bildirib. Çeçen döyüşçünün sözlərinə görə, insident zamanı güllələrdən biri həyat yoldaşı Əminənin başına dəyib:

“Onlar həm məni, həm də həyat yoldaşımı hədəf almışdılar. Hücum ukraynalı deputat İqor Mosiyçuka qarşı təşkil edilən sui-qəsdlə əlaqəlidir”.

Qeyd edək ki, dünən Osmayevə qarşı sui-qəsd həyata keçirilib. Sui-qəsd nəticəsində Osmayev yaralanıb, onun həyat yoldaşı Əmin Okuyeva isə öldürülüb.

Tarix
2017.10.31 / 09:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla