Yuxarı

Xəzəryanı dövlət başçıları bu tarixdə görüşə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzəryanı dövlət başçılarının Astanada keçirilən sammiti 2018-ci ilin əvvəlində, yaza yaxın tarixdə baş tuta bilər.

Axar.az xəbər verir ki, bunu “Rossiya 24” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri müavininin katibi Qriqori Karasin söyləyib. O, dekabrda Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya xarici işlər nazirlərinin sammitə hazırlıq məqsədi ilə Moskvada görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirib:

“Xəzər dənizi böyük beynəlxalq problemlərə qeyri-müəyyən fərqli yanaşma fonunda qarşılıqlı fəaliyyət nümunəsi olmalıdır. Bu imkan verəcək ki, bütün beşlik regiondan kənarda olan hansısa oyunçunun yardımını və ya hansısa beynəxalq situasiyanın inkişafını gözləsin. Bu imkan verəcək ki, müstəqil hərəkət edib, regional qarşılıqlı fəaliyyətə nümunə olaq”.

Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü isə 2014-cü ildə Həştərxanda baş tutub.

Xəzərin statusu 1991-ci ildən bu yana razılaşdırıla bilmir. Rusiya, Azərbaycan və Qazaxıstan Xəzərin sektorlara, İran və Türkmənistan isə bərabər hissəyə bölünməsini istəyir.

Tarix
2017.10.31 / 11:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla