Yuxarı

Son 5 ildə nə qədər jurnalist öldürülüb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur.

Axar.az xəbər verir ki, təkcə son 5 ildə (2012-2016-cı illərdə) dünyada 530, son 11 ildə isə 930 jurnalist həlak olub.

BMT-nin məlumatlarına görə, 2017-ci ilin ilk on ayı ərzində 47 KİV əməkdaşı öldürülüb. Bu halda orta hesabla hər 10 hadisədən 9-da belə cinayətləri törədənlər cəzasız qalır.

2012-ci ildən bəri ərəb ölkələri regionu jurnalistlər üçün ən təhlükəli regiondur. Bu isə, ilk növbədə, Suriya, İraq və Yəməndə silahlı münaqişələrlə əlaqədardır.

BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.

Xatırladaq ki, bir il bundan əvvəl Dünya Xəbər Agentliklərinin Bakıda keçirilmiş V Konqresinin panel iclaslarından biri məhz jurnalistlərin təhlükəsizliyi mövzusuna həsr edilmişdi. Həmin iclasda AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun planetimizin qaynaq nöqtələrində reportyorların üzləşdiyi risklər və təhlükələr məsələsinə dair məruzəsi forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və geniş müzakirə olundu.

Tarix
2017.11.03 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla