Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Rusiyalı deputatlar İrəvana qarşı - Məhkəmə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatlarından, Rusiya İctimai Palatasının üzvlərindən, ekspertlərdən və hüquqşünaslardan ibarət bir qrup şəxs Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hazırlanması üçün işçi qrupunda bir araya gələcək.

Report-un məlumatına görə, işçi qrupunun rəhbəri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deputatların və İctimai Palatanın üzvlərinin dünya ictimaiyyətini nasistləri və onlarla əməkdaşlıq edənləri qəhrəmanlaşdıran ölkələrə hüquqi qiymət verməyə çağırmaq niyyətində olduğunu bildirib.

"Beynəlxalq Ədalət Məhkəməsində əleyhinə iddia qaldırılacaq ölkələrin biri də Ermənistan olacaq. Ermənistanın özündə də artıq Qaregin Njde və Drastaman Kanoyanın əbədiləşdirilməsinin faşizm tərəfdarlarının qəhrəmanlaşdırılması olması barədə suallar yaranlr. Ermənistanlı həmkarlarımızı Njdenin abisəsini ləğv etməyə çağırırıq. Ermənistanda belə adamlara abidə ucaldılırsa, Rusiyadan yardım istəməyə, "soyqırımı" məsələsində müdafiə olunmağı istəməyə gərək yoxdur", - S.Markov deyib.

O, işçi qrupunun Beynəlxalq Ədalət Məhkəməsində insanlığa qarşı cinayətlərə görə ittiham edilməli olan şəxslərin, eləcə də onların bu cür cinayətlərdə iştirakı barədə faktiki materialların olduğu mənbələrin siyahısını hazırlamaq niyyətində olduğunu açıqlayıb.

"Qrupumuz icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli işləyəcək, bu cür əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırıq. Bu zəruridir, çünki KİV-də, təəssüf ki, faşizmin tərəfdarlarının addımlarını ört-basdır eləmək cəhdləri var", - S.Markov əlavə edib.

Nasizmin informasiya sahəsində təqibi məsələsinin əhəmiyyətini Rusiya və Belarus İttifaq dövlətinin İctimai Palatasının üzvü, tarixçi Dionis Kaptar da dəstəkləyib. Onun fikrincə, ictimaiyyət "vicdansız təbliğat" yolu ilə aldadılır.

"Axı ermənilərin əksəriyyəti Njdeni Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan şəxs kimi tanıyır. Amma onun iki dəfə terrorçu olması və kollaborsionist (düşmənlə əməkdaşlıq edən xain - red.) kimi dünyadan köçməsini bilmirlər", - D.Kaptar bildirib.

Öz növbəsində, Rusiya Dövlət Dumasının deputatı İldar Bikbayev Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması və onun tərənnümünün gənclərin başını aldatmaq məqsədilə edildiyini vurğulayıb: "Bu vəziyyət ötən əsrin 30-cu illərinin əvvəllərində Almaniyada olan durumla çox oxşardır. O zaman nasistlər gündəm olmağı bacarmışdılar. İndi isə Rusiyanın perimetri boyunca yerləşən ölkələrdə eyni yolla nasistlər hakimiyyətə gələ biləcəyi ilə bağlı narahatlıqlar var".

Qeyd edək ki, işçi qrupunun üzvləri fəaliyyətinin əsası kimi yayda Rusiyanın internet seqmentində yayılmış nasizmin qəhrəmanlaşdırılmasına qarşı olan petisiyanı qəbul edir. 200 mindən çox imza toplayan petisiyanın müəllifi rusiyalı politoloq Aleksandr Perenciyevdir.

Tarix
2017.11.03 / 15:57
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Qazaxıstanda dəhşət: 52 nəfər avtobusda yanaraq öldü

Türk ordusunda FETÖ əməliyyatı – 18 hərbçi həbs edildi

Trampdan Kremlə xəbərdarlıq: Moskvanın işidir...

Ruslar geri çəkilir – Türk tankları hücuma keçir

ABŞ nüvə savaşına hazırlaşır: Çin və Rusiyaya qarşı...

Rusiya özəl muzdlu ordunu leqallaşdıra bilər – Felgenhauer

Avropadan Ərdoğana böyük etimad: mühüm görüş...

Tillersondan Türkiyəyə: Yanlış anlaşılıb...

ABŞ açıqladı: Talibanla danışıqlara gedirik

Yutub ekstremizmlə bağlı videoların 98 faizini aşkarladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla